İDMAN


Seyko Haşimoto: Ümid edirik ki, 2030-cu ildə Qış Olimpiya Oyunları Sapporoda keçiriləcək

Bakı, 7 sentyabr, AZƏRTAC

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Seyko Haşimoto 2030-cu il Qış Olimpiya Oyunlarının Sapporoda keçiriləcəyinə ümid etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Inside the Games” portalında məlumat verib.

O, qeyd edib ki, 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Sapporonun namizədliyi çox ciddidir: “Ümid edirəm ki, bu reallığa çevriləcək və Oyunlar Sapporoda keçiriləcək. Bundan başqa, yaxın gələcəkdə yenidən Yaponiyanın Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcəyinə də ümid edirik”.

Sapporo 1972-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edib. Növbəti Qış Olimpiya Oyunları Pekində (Çin), 2026-cı ildə Milan və Kortina d'Ampezzoda (İtaliya) keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.