Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açmışdır
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir

Bakı, 15 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə yeni iqamətgahında iftar süfrəsi açmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.

Şeyxülislam Allahşükür Paşazadə iftar süfrəsinə dəvət edilən Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini və türkdilli ölkələrdən olan qonaqları dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə onları təbrik etdi və ən xoş arzularını çatdırdı.

Sonra şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısına yeni iqamətgah barədə məlumat verdi.

Qeyd olundu ki, iqamətgah bir il ərzində ən müasir standartlar səviyyəsində inşa edilmişdir. Tikinti işləri zamanı dünya, Şərq və Azərbaycan memarlığının, müxtəlif nəqqaşlıq məktəblərinin nadir nümunələrinə geniş yer verilmişdir. Yeni iqamətgah, eləcə də ölkəmizdə inşa edilən və ya yenidən qurulan ziyarətgahlar xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına həssas münasibətinin parlaq göstəricisidir.

Prezident İlham Əliyevə bildirildi ki, yeni iqamətgahda eyni vaxtda 300 nəfər üçün iftar süfrələri təşkil edilə bilər. İqamətgahda dindarların namaz qılmaları və digər dini ayinləri yerinə yetirmələri üçün də müvafiq şərait yaradılmışdır. Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin nazil olduğu, cənnətin qapılarının açıldığı, on bir ayın sultanı Ramazan ayında istifadəyə verilən yeni iqamətgah Azərbaycan müsəlmanlarına dəyərli töhfədir.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Mərasimdə şeyxülislam Allahşükür PAŞAZADƏ çıxış edərək dedi:

- Bismillahir-rəhmanir-rəhim!

Zati-aliləri, möhtərəm Prezident İlham Əliyev həzrətləri!

Hörmətli qonaqlar, dini konfessiyaların rəhbərləri!

Əziz müftilər!

Quranın Yer üzünə göndərildiyi müqəddəs Ramazan ayının bu günündə, Allahın mərhəmət ayında bir süfrə arxasında əyləşməyimizə görə Allah-Təalaya şükür edirəm. Dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

İslam dini bütün insanlığa, bütün insanlara göndərilmişdir. Bu gün biz dilindən, dinindən asılı olmayaraq, bu süfrənin arxasına yığışmışıq. Bu, Azərbaycanda tolerantlığın, dostluğun, mərhəmətin, qardaşlığın təcəssümüdür. Əlbəttə, bu mərasimimiz bir ənənə şəklini almışdır. Bu ənənənin bünövrəsini dostum, qardaşım, ulu öndər Heydər Əliyev həzrətləri qoymuşdur. Heydər Əliyev həzrətləri, - Allah ona rəhmət eləsin, Allah-Təala onun ömür-gün yoldaşı Zərifə xanıma da rəhmət eləsin, inşallah, - bizə yaxşı bir tövsiyə etmişdir. İnşallah, biz bu tövsiyəni xeyir əməllərimizlə yaşadırıq və yaşadacağıq. Mən çox sevinirəm ki, onun layiqli davamçısı İlham Əliyev həzrətləri bu gün ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirir. Möhtərəm Prezidentimiz bu gün bizimlə bir süfrə arxasındadır. Buna görə ona dərin təşəkkürümüzü bildiririk.

Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Əlbəttə, bu inkişafı görməyən və görmək istəməyən bəzi qüvvələr vardır. Bəzən müəyyən cərəyanlar və şəxslər dindən siyasi məqsədlər üçün istifadə edirlər. Mən bir misal çəkə bilərəm. Sovet hakimiyyətinin, kommunist rejiminin əvvəllərində Azərbaycanda 1500-dən yuxarı məscid var idi. Amma 1990-cı ildə isə bizim cəmi 17 məscidimiz, 1 ziyarətgahımız qalmışdı. Sovet hakimiyyətinin 70 ili ərzində məscidlərimiz söküldü, dağıdıldı, məhv edildi, kitablarımız yandırıldı, alimlərimiz Sibirə sürgün olundu. Amma azərbaycanlılar öz imanlarını qəlblərində yaşatdılar və bu günədək gətirib çıxara bildilər. Mən müqayisə üçün deyə bilərəm ki, 1990-cı ildən sonrakı dövrdə, xüsusən Peyğəmbər əleyhissəlamın məbəsi (peyğəmbərliyin verilməsi) günü Təzəpir məscidində ulu öndər Heydər Əliyev həzrətlərinin dindarlara müraciətindən sonra dini bir yüksəliş və inkişaf, intibah dövrü başladı. Azərbaycanda müstəqilliyimizin 20 ili ərzində yeni məscidlər tikildi. Bu gün iki minə yaxın məscid və ziyarətgahımız vardır. Bu müqayisədə fərq göz qabağındadır. O insanlar ki bu fərqi görmək istəmirlər, bu, başqa məsələdir. Amma bu gün bu, faktdır. Məscidlərimiz tikilir, bərpa olunur. Bu, həm ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə belə idi, həm də bu gün Prezidentimiz İlham Əliyev həzrətlərinin maddi və mənəvi dəstəyi ilə davam etdirilir. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri bərpa olunaraq din qardaşlarımızın ixtiyarına verilmişdir. İndi İmamzadə, Şamaxı məscidi və digər məscidlərimiz yenidən qurulur.

Sovetlər dövründə Azərbaycanı tanımırdılar. Bu gün Azərbaycanı bütün dünya tanıyır. Xatırlayırsınızsa, 1990-cı illərin əvvəllərində biz xarici ölkələrin dini liderlərinə, dövlət rəhbərlərinə mənəvi dəyərlərimizi bərpa etmək üçün bizə kömək göstərmələri barədə müraciət edirdik. Amma bu gün xaricdən həm müsəlmanlar, həm də xristianlar tərəfindən Prezidentimizə, Heydər Əliyev Fonduna müraciət edirlər ki, onların mənəvi dəyərlərinin bərpasına kömək göstərsinlər. Misal üçün, bu yaxınlarda Serbiyada Prezident həzrətlərinin maddi-mənəvi köməyi ilə məscid və mədrəsə təmir edilib dindarların ixtiyarına verilmişdir. O cümlədən oradakı kilsənin bərpasına yardım olunmasını Serbiya patriarxı Prezident İlham Əliyev həzrətlərindən xahiş etmişdi. Kilsə dövlətimizin maddi yardımı ilə bərpa olundu. Açılış mərasimində mən də iştirak edirdim. Serbiyalıların və patriarxın Azərbaycan haqqında və Prezidentimiz barədə söylədikləri xoş sözlərdən qürur duyurdum.

Azərbaycan bütün sahələrdə - həm mədəni, həm də mənəvi sahədə inkişaf edir. Dünya Dini Liderlərinin Sammitinin Bakıda keçirilməsi, müxtəlif dinlərin rəhbərlərinin Azərbaycanda bir araya gəlməsi ölkəmizi dinlərarası dialoq məkanına çevirmişdir. Bu, çox önəmli məsələdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi, yaxud da ki, tariximiz üçün çox qiymətli olan əlyazmaların Vatikandan ölkəmizə gətirilməsi Azərbaycanda dövlətin dinimizə, mənəviyyatımıza, mədəniyyətimizə olan münasibətinin göstəricisidir.

Azərbaycan artıq dünya siyasətinin formalaşmasında mühüm rol oynayır. Azərbaycanın 155 dövlətin səsini qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi və orada dünya siyasətinə təsir göstərən sənədlərə dövlətimizin rəhbərinin imza atması ölkəmizin həm daxili, həm də xarici siyasətinin düzgünlüyündən xəbər verir. Əlbəttə ki, bu uğurları hamı görür və qiymətləndirir. Bunları görməyənlər, yaxud görmək istəməyənlər isə Allah adamı deyillər.

Bizim ən böyük dərdimiz Dağlıq Qarabağ problemidir. Torpaqlarımızın zəbt olunması, bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, əlbəttə, bizi ciddi narahat edir. Dövlətimizin rəhbəri bu problemin həlli ilə ciddi məşğul olur. Mən bu Ramazan ayında Allaha dua edirəm ki, inşallah, tezliklə torpaqlarımız işğaldan azad olsun, Allah-Təala şəhidlərimizə rəhmət eləsin. Allah-Təaladan ulu öndərimiz Heydər Əliyevə rəhmət diləyirəm.

  Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının gələcəyi və rifahı naminə ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinə toxunaraq dedi:

- Bu gün dostum, qardaşım Heydər Əliyev həzrətləri aramızda yoxdur. Amma onun nuru, onun dühası bizimlədir. Bu gün onun nuru müstəqilliyimizin yoluna işıq saçır və əlbəttə ki, heç bir şəxs, heç bir qüdrət bizi bu yoldan, inşallah, döndərə bilməyəcəkdir.

Şeyxülislam Allahşükür Paşazadə yeni iqamətgahı ilə bağlı dövlətimizin başçısının verdiyi dəstəyi xüsusi vurğulayaraq bildirdi:

- Sizin gördüyünüz bu gözəl və yaraşıqlı binanın layihəsini təsdiq edən Prezident həzrətləridir. Gördüyünüz bu saray Prezident həzrətlərinin köməyi ilə ərsəyə gəlmişdir. Mən istərdim ki, bütün Qafqaz müsəlmanları adından, öz adımdan, ailəm adından belə bir hədiyyəni bizə etdiyinə görə Prezident həzrətlərinə minnətdarlığımı bildirim.

Şeyxülislam Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandrın 60 illik yubileyi və onun təltifləri ilə bağlı təbriklərini çatdıraraq dedi:

- Burada bir nəfər də əyləşib - Rus Pravoslav Kilsəsinin nümayəndəsi Aleksandr. Bu yaxınlarda onun 60 yaşı tamam oldu. Prezident həzrətləri onu “Dostluq” ordeni ilə təltif etdi. Bu yaxınlarda isə dostum, qardaşım Patriarx Kirill həzrətləri ona arxiyepiskop rütbəsi verdi. Biz onu da təbrik edirik.

Mən burada əyləşən müftilərə müraciət edirəm, xüsusən Qafqazdan gələn müftilərə. Onlar gəliblər ki, Prezident həzrətlərinin əlini sıxsınlar və Sizinlə birlikdə iftar etsinlər. Bu, böyük məsələdir. Bu, ağsaqqallıq, bir-birinə hörmət deməkdir. Mən bunu düşünürəm, buna qiymət verirəm və onlara çox böyük minnətdarlığımı bildirirəm ki, dəvətimi qəbul etdilər və gəldilər.

Mən bir daha Sizi gələcək bayramlar münasibətilə təbrik edirəm, “Xoş gəlmisiniz!” deyirəm. Əminəm ki, biz gələcəkdə də, inşallah, belə iftar süfrələrində iştirak edəcəyik.

Çox sağ olun.

X X X

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri ALEKSANDR çıxış edərək dedi:

-Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli şeyx həzrətləri!

Hörmətli müftilər!

İcazə verin, bizi belə bir möhtəşəm tədbirdə bir araya gətirən bu bayram münasibətilə Sizi təbrik edim. Bu gün mən şəxsən öz dərin minnətdarlığımı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bildirmək istəyirəm. Hesab edirəm ki, müdrik dövlət xadimi kimi Prezident iqtisadi, siyasi və digər sahələrdəki bütün mühüm işləri, o cümlədən ölkəmizin dini həyatını da diqqət mərkəzində saxlayır. Cənab Prezident xeyirxahlıq göstərib dinlərarası əlaqələrin və millətlərarası münasibətlərin gücləndirilməsinə verdiyim kiçik töhfəyə məni “Dostluq” ordeni ilə təltif etmişdir. Cənab Prezident, icazə verin, bizim fəaliyyətimizə yüksək və xüsusi diqqət göstərdiyinizə görə Sizə dərin təşəkkürümü bildirim.

Aleksandr Azərbaycanın beynəlxalq imicinin durmadan artığını və müxtəlif ölkələrə səfərləri zamanı dəfələrlə bunun əyani şahidi olduğunu vurğuladı. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri respublikamızda dinlərarası dialoqa xidmət edən yüksək səviyyəli tədbirlərin keçirilməsinin də mühüm əhəmiyyət kəsb etdiyini bildirərək vurğuladı:

- Budur, indi ölkəmizdə gözəl tədbirlər keçirilir. Dünyanın böyük şəxsiyyətləri ölkəmizə səfərlər edirlər. Rəhmətlik Heydər Əliyevin dəvəti ilə Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksi, Roman Papası II İohann Pavel ölkəmizə səfər etmişlər. Cənab Prezident İlham Əliyevin dəvəti ilə Patriarx Kirill, Gürcüstanın Patriarxı II İlya və bir çox müsəlman, xristian, buddist dini xadimlər ölkəmizdə olmuş və müxtəlif tədbirlərdə iştirak etmişlər.

Aleksandr müxtəlif ölkələrə səfərləri zamanı Azərbaycan haqqında xoş sözlər eşitməsindən məmnunluq duyduğunu bildirərək dedi:

- Mən fəaliyyətimlə əlaqədar bir çox ölkələrə səfərlər edirəm. Əlbəttə, mənim rəsmi titulumu – Bakının və Azərbaycanın yepiskopu olmağımı bildirəndə mənə çox adam - həm azərbaycanlılar, həm də ölkəmizdə olmuş digər xalqların nümayəndələri müraciət edirlər. Onlar soruşurlar ki, bizim Bakı necədir? Ölkəmiz necə inkişaf edir? Nələr baş verib? Həmişə də yalnız müsbət rəylər eşidirsən. İnsanlar öz həmyerliləri ilə görüşəndə sevinirlər. İnsanlar sevinirlər ki, Azərbaycanda belə müsbət dəyişikliklər baş verir. Bunlar sevindiricidir. Əlbəttə, ölkəmizə gələcəkdə də bu cür uğurlu inkişaf arzu edirik. İstəyirik ki, xalqlar arasındakı bu cür münasibətlər daimi olaraq qalsın.

Mən Heydər Əliyevin “çoxmillətlilik, bizim sərvətimizdir” sözlərini təkrar etməkdən heç zaman yorulmuram. Dünyanın heç də bütün ölkəsində daxili vəziyyət və çoxmillətlilik belə yüksək dəyərləndirilmir. Bu, bizim ölkənin özünəməxsusluğudur, bu, bizim həyat tərzimizdir. Bu, həyat tərzini bizə böyük Heydər Əliyev bəxş etmişdir.

Möhtərəm cənab Prezident, belə bir təntənəli tədbirdə Allahdan Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar diləyirəm. Mən dostum, çox hörmətli şeyx həzrətlərinə uğurlar arzu edirəm və onu belə bir gözəl iqamətgah münasibətilə təbrik edirəm. İstərdik ki, burada tez-tez xoş münasibətlə yığışaq, belə gözəl insanların əhatəsində olaq. Çalışaq ki, Azərbaycanın beynəlxalq səviyyədə imici bu qarşılıqlı münasibətlər, bu görüşlər sayəsində daha yüksəklərə ucalsın.

Sizə təşəkkür edirəm. Azərbaycan xalqına rifah diləyirəm.

X X X

Sonra Şimali Qafqaz müsəlmanları adından təbriklərini çatdıran Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl BERDİYEV çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Möhtərəm şeyxülislam, hörmətli həmkarlar!

Hörmətli xanımlar və cənablar!

Bu əlamətdar gündə sizi Şimali Qafqaz müsəlmanları adından salamlamaq istəyirəm. Bu gün Şimali Qafqaz respublikalarının bütün müftiləri buradadır. Siz Ramazan ayının özəlliklərini çox yaxşı bilirsiniz. Lakin şeyx bizi dəvət edəndə biz hamımız sevinclə buraya gəldik və bu gün sizinlə birlikdə buradayıq. Bu, çox gözəl ev, gözəl saraydır. Hörmətli Prezident və şeyxülislam, Sizə Allahdan xoşbəxtlik və uzun ömür arzulayıram.

Qonaq ölkəmizə səfərləri zamanı sürətli sosial-iqtisadi

inkişafın şahidi olduqlarını vurğuladı:

- Bakıya, Azərbaycana gələndə böyük dəyişikliklər görürsən. Siz burada yaşadığınıza görə bəlkə də bütün bu dəyişiklikləri hiss etmirsiniz. Biz isə buraya sovet dövründə və sonrakı dövrdə - o dövrü mən anarxiya dövrü adlandırıram, - o vaxtlar da gəlmişik. Sizdə Elçibəyin dövründə bütün respublikalarda – Rusiyada da, elə siz də anarxiya idi. Biz gəlib burada nələr baş verdiyini görürdük. İndiki vəziyyəti əvvəlki ilə müqayisə etmək olmaz. Bunlar tamamilə müxtəlif məsələlərdir. Bütün bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Şeyxülislamın daim Heydər Əliyevi xatırlaması hədər deyildir. O, olduqca ağıllı, son dərəcə müdrik adam idi. Bütün bu keyfiyyətlər onun oğluna da keçmişdir və o, nə iş görürsə xalqı üçün görür.

Hörmətli Prezident, bu iqamətgaha görə çox sağ olun. Allah qismət etsin, biz burada həmişə yalnız xeyir işlərdə görüşək və bir-birimizin çöhrəsində həmişə təbəssüm və sevinc görək. Hamınız sağ olun.

X X X

Sonra Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Sultan MİRZƏYEV çıxış edərək dedi:

- Hörmətli İlham Heydəroğlu.

Hörmətli şeyxülislam.

Hörmətli həmkarlar və qonaqlar.

Mən sizi islami qaydada salamlamaq istəyirəm:

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Mən Çeçenistan Respublikasının rəhbəri, çeçen müsəlmanları adından həm Azərbaycan Prezidentini, həm bizim qardaşımız, dostumuz şeyxülislamı bu möhtəşəm, gözəl binanın, bu iqamətgahın açılışı münasibətilə təbrik etmək istəyirəm. Qoy bu iqamətgah bizi həmişə xoş hadisələr münasibətilə bir araya toplasın.

Qonaq Prezident İlham Əliyevin Azərbaycanda, eləcə də

bütövlükdə Qafqaz regionunda hərtərəfli inkişaf naminə böyük işlər gördüyünü vurğuladı. O, respublikamıza hər bir səfərindən məmnunluq duyduğunu bildirərək dedi:

- Mən Azərbaycana gələndə özümü qonaq kimi hiss etmirəm. Mən özümü doğma evimdəki kimi hiss edirəm. Çünki burada, Azərbaycanda qardaşlarımız bizi səmimiyyətlə qəbul edirlər. Biz də, həmkarlarım da təsdiq edə bilərik ki, burada özümüzü evimizdəki kimi hiss edirik.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış etdi.

X X X

Sonra iftar süfrəsi açıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY