Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Səyyad Aran: 35 il sonra – yenidən Şuşalı günlərim

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycanın tanınmış qələm adamları otuz illik ayrılıqdan sonra azad Şuşada yenidən Vaqif poeziyasının işığına toplaşmışdılar. Onlar həmin gün həm Şuşanın yeni növrağının, həm də Vaqif Poeziya Günlərinin sevincini yaşayırdılar. Tanınmış ziyalılar – elm və mədəniyyət xadimləri Şuşa səfəri, möhtəşəm poeziya bayramı barədə təəssüratlarını, xatirələrini AZƏRTAC-ın oxucuları ilə paylaşırlar. Bu silsilədən olan növbəti yazını - yazıçı, filologiya elmləri namizədi Səyyad Aranın “35 il sonra – yenidən Şuşalı günlərim” sərlövhəli publisistik qeydlərini təqdim edirik.

Şuşa ilk sevgi kimidir. Bir dəfə görən o ilahi məkana ədəbi vurulur. Sonra klassik şairlər demişkən, təkrar-təkrar “vüsala yetmək” istəyir. Mən Şuşada ilk dəfə məktəbli ikən – 1967-ci ildə pioner düşərgəsində olmuşam. İkinci dəfə 1969-cu – ildə bu dəfə də pioner düşərgəsində – amma o vaxtkı Pedaqoji İnstitutun filologiya fakültəsinin II kurs tələbəsi – gənc müəllim kimi.

Şəkildə gördüyünüz mənzərə Şuşada ilk stadionun açılış günüdür. Əlbəttə, “stadion” sözü futbol qapılarının (olduqca sadə və bəsit), bir də adicə torun müşayiətilə assosiasiya edilən hamarlanmış torpaq sahəsi idi. Şəhərə səs yayılmışdı ki, “Neftçi” futbol komandası (üç il əvvəl SSRİ çempionatının bürünc medalçısı) Şuşaya gələcək. Yerli camaat da, dincəlməyə gələnlər də – onların arasında SSRİ-nin müttəfiq respublikalarından müxtəlif millətlərin nümayəndələri də vardı – hamı həyəcanla bu tarixi hadisənin şahidi və iştirakçısı olmaq istəyirdilər. Şəhər rəhbərliyi buldozerləri, traktorları, lazım olan digər texnikaları gətirdib meydança üçün nisbətən uyğun bir yer seçib oranı sahmana saldılar. Ot örtüyündən və oturacaqlardan söhbət gedə bilməzdi. Oturacaqları təbii relyefi amfiteatrı xatırladan xırda kömbə təpələr, yamaclar təşkil edirdi.

Əlbəttə, “Neftçi” gəlmədi, SSRİ çempionatının qızğın vaxtı idi. Amma əvəzində kifayət qədər peşəkar hansısa “Burevestnik”, “Ehtiyat əmək qüvvələri” – dəqiq xatırlaya bilmirəm, 52 il keçib üstündən – buna bənzər bir klub torpaq meydançaya çıxdı. İlk məşqlərindən məlum oldu ki, mükəmməl komandadır, həvəskar şuşalıların onlarla oyunu heç də asan olmayacaq. Belə də oldu. İlk hissə 2-0 qonaqların xeyrinə bitdi. Yerlilər də, qonaqlar da mütləq şuşalıların qələbəsini istəyirdi. Amma ustalıq göz qabağındaydı. Həvəskar şuşalılar üstün ola bilmirdilər. Ustalıq səviyyəsi öz sözünü deyirdi. Elə bu zaman dalğa kimi bir söz bütün stadiona yayıldı. “İndi ağdamlı uşaqlar oyuna girib bakılıların dərsini verəcəklər”. Doğrudan da, elə oldu. Bu dəfə ağdamlı uşaqların ustalığı, məharəti öz sözünü dedi və maç 3-2 hesabı ilə şuşalıların xeyrinə qurtardı. Sevinci, azarkeşlərin alqışlarını təsvir etməkdə acizəm.

Sonralar da bir neçə dəfə Şuşaya yolum düşdü. Hər dəfə də olduqca sağlam, güclü və xoşbəxt halda İmişliyə dönürdüm. Axırıncı dəfə 1986-ci ildə Şuşada oldum. Şagirdləri böyük şairimiz M.P.Vagifin abidəsini ziyarətə apardıq. Məktəblilər şeir dedilər. Elə oradaca kiçik bir “Vaqif” müsabiqəsi keçirtdik, qalibləri mükafatlandırdıq. Həyat yoldaşım, övladlarım Tural, Tenel və qohumumuzla şəkil çəkdirdik.

Və nəhayət!.. 29 avqust 2021-ci il!

Hamının can atdığı, amma bir qrup insana nəsib olan səadət! Azərbaycanın əsasən şair və yazıçılarından, elm və mədəniyyət xadimlərindən ibarət qrup Vaqif Poeziya Günlərinin açılışına gedir. Möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı mərasimi daha təntənəli və sanballı edəcək. Hamımız qürurluyuq. Axı tarixi hadisənin iştirakçıları olacağıq!

“Abadan kənd tüstüsündən, firavan şəhər yolundan bəlli olar” deyiblər. Nə qədər doğru və dəqiq söyləyiblər. Zəfər yolu qələbəmiz qədər gözəl və ürəkaçandır, müasir yolsalmanın ən gözəl örnəklərindən biridir. Yol getdikcə ürəyimiz dağa dönürdü, mənzərəli yerlərdə şəkil çəkdirirdik. Axı bu yerlərdə 30 ilə yaxın olmamışdıq…

Qonaqların bir qrupu 5 ulduzlu “Xarıbülbül” otelində, digərləri onun yaxınlığındakı beşmərtəbəli binada yerləşdilər.

Hamı doğmasına qovuşmuş həsrətlilər kimi Şuşanın müxtəlif istiqamətlərinə səpələndilər. Adamlar vaxtı ilə olduqları yerlərə tez baş çəkmək, xatirələri ilə bağlı məkanları görmək istəyirdilər. Gecə düşəndə kədərli, nisgilli, amma qürur dolu xatirələr bir-bir çözələnirdi. Xatirələr dalğasında kimlər yox idi – Xalq yazıçıları Anar, Elçin, Mövlud Süleymanlı, Natiq Rəsulzadə, Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Vahid Əziz, mədəniyyət naziri Anar Kərimov, Xalq artistləri Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Polad Bülbüloğlu, görkəmli alim-diplomatlar Həsən Həsənov, Vilayət Quliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, Əziz Ələkbərli, Fazil Mustafa, akademiklər İsa Həbibbəyli, Rəfael Hüseynov, Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, tanınmış ədəbiyyatşünas alimlərdən, yazıçı və şairlərdən Vagif Yusifli, İlqar Fəhmi, Əsəd Cahangir, Məhərrəm Qasımlı, İntiqam Qasımzadə, Azər Turan, Elnarə Akimova, Yunus Oğuz, Pərvin Nurəliyeva, Barat Vüsal, Sayman Aruz, Sərvaz Hüseynoğlu, Şəhriyar Del Gerani, Dayandur Sevgin, Elxan Zal Qaraxanlı, Fərid Hüseyn… kimlər, kimlər…

Şuşada sürətli və keyfiyyətli quruculuq işləri gedir. Bütün səylər ona yönəlmişdir ki, qədim və tarixi şəhərin arxitekturası gözlənilsin. Ona görə də qoyulan hər bir daş, hörülən hər santımetr divar belə “yüz ölçülüb bir biçilir”. Hər bir binaya həssaslıqla yanaşılır. Şuşanın memarlıq xüsusiyyətləri əvvəlki görünüşünə qaytarılır. Eyni zamanda müasir üslubda, tarixi evlərlə uyğunlaşan yeni binalar da inşa edilir. Vaqif Poeziya Günləri başlamadan bir gün öncə Prezidentin iştirakı ilə yeni 150 nəfərlik otelin təməli qoyuldu. Sürətli inşaatın bir də prinsipial məqsədi var: şuşalıların qayıdışını mümkün qədər tezləşdirmək. Bu ali məqsəd Prezident İlham Əliyev tərəfindən Vaqif Poeziya Günlərinin açılış mərasimindəki nitqində özünün dəqiq ifadəsini belə tapdı: “Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik.

Prezidentin çıxışında qarşıya qoyulan strateji hədəflər, ilk növbədə regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması, işğaldan azad edilən tarixi torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, həmin ərazilərin yenidən dirçəldilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi ilə bağlıdır.

Şuşanın gecələri işıq selində üzür. Bu mənzərə Xankəndindən çox aydın görünür. Düşmənin bağrına dağ çəkməklə yanaşı əminəm ki, dinclik və sülh arzulayan sadə erməni vətəndaşlarının Şuşada yaşamaq, Azərbaycanın tabeliyində olmaq hissini də alovlandırır. Axı kim daimi gərginlikdə, yoxsulluqda, ən zəruri insani ehtiyaclarını ödəməkdə çətinlik çəkən ac, iqtisadi resursları çox cüzi olan ölkədə ömür çürütmək istəyər? Təsadüfi deyil ki, son zamanlar mətbuatda tez-tez erməni vətəndaşlarının yaşamaq üçün Şuşaya, digər Azərbaycan ərazilərinə keçmələri haqqında xəbərlər oxuyuruq. İnanıram ki, əvvəl-axır elə belə də olacaq: ermənilər Azərbaycan vətəndaşlığı alıb Azərbaycanda yaşamaq istəyəcəklər!

İlham Əliyev həm qüdrətli Prezidentdir, həm də layiqli övladdır. O, ata nəsihətini əsl övlad kimi ləyaqətlə yerinə yetirdi. Bu gün Azərbaycanın hər yerində Ulu Öndərin vəsiyyətləri çiçək açır. Qısa müddətdə Zəfər yolu çəkdirdi, Füzuli aeroportunu istifadəyə verdi, Laçında və Kəlbəcərdə yeni hava limanlarının hazırlıq işlərini həyata keçirdi. Ağdamda – bu qədim və mərd şəhərimizin geniş, əhatəli layihəsinin təməlini qoyub. Mütəxəssislər deyirlər ki, tam yeni və bənzəri olmayan bir şəhər tikiləcək ki, dörd gözlə baxılacaq.

İlham Əliyev həm də bir çox dövlət başçılarından fərqli olaraq Qalib Ali Baş Komandandır. O, Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıraraq əbədi yaşayacaqdır.

İstər istəməz M.Müşfiqin sanki bu məqam üçün deyilmiş sözlərini xatırlayıram:

Mənim könlüm deyir ki,

hələ bunlar nədir ki,

gözəl günlər,

şanlı günlər,

şən günlər,

yoluna düşən günlər,

hələ qarşımızdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib