DÜNYA


Şiddətli yağışlar Avstraliyanın şərqində daşqınlara səbəb olub VİDEO

Bakı, 29 mart, AZƏRTAC

Şiddətli yağışlar Avstraliyanın şərqində daşqınlara və minlərlə sakinin təxliyə edilməsinə səbəb olub.

AZƏRTAC “Reuters”ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində iki nəfər ölüb. Kvinslend ştatında selin apardığı avtomobildə bir nəfərin cəsədi tapılıb.

Meteoroloji xidmətlər bölgədə pis hava şəraitinin ən azı daha bir sutka davam edəcəyini proqnozlaşdırır.

Avstraliyanın təbii fəlakətdən zərər çəkmiş bölgələrində vətəndaşlara kömək üçün hərbçilər göndərilib. Çox sayda binanın su altında qalacağı gözlənilir.

Bu, Avstraliyada son bir ayda ikinci böyük daşqınlardır. Martın əvvəlində azı 21 nəfər təbii fəlakətlərin qurbanı olub.

Yeni Cənubi Uels və Kvinslend ştatlarında yüzlərlə ev və bina su altında qalıb.

Regionda hava şəraitinin pisləşməsi qlobal istiləşmə ilə bağlıdır. Təsadüfi sayılmayan belə halların fonunda “Fermers for Climate Action” təşkilatının ekspertləri bildiriblər ki, yaxın gələcəkdə avstraliyalılar ərzaq qıtlığı ilə də üzləşə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.