Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Sıldırım qayalığın üzərində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən sirli Qırxotaq abidəsi - Reportaj VİDEO

İsmayıllı, 19 iyul, Rəşad Türkoğlu, AZƏRTAC

Yolumuz İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən Qırxotaq abidəsinədir. Qalaya yetişmək üçün Muğanlı-İsmayıllı yolundan ayrılıb, Basqal qəsəbəsi ərazisindən keçməklə Sulut kəndinə qədər asfalt yolla hərəkət edirik. Sulut kəndinə qədər avtomobillə, kənddən qalaya qədər yolu isə piyada getməli oluruq.

Dərələrdən, təpələrdən, çaylardan keçməklə Sulutdan 6 km şimal-qərb istiqamətində, Hərəm çayının sağ sahilində, əlçatmaz sıldırım qayalığın üzərində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, sıx və hündür meşə ağaclarla örtülmüş sahədə yerləşən Qırxotaq abidəsinə çatırıq. Abidənin divarlarının və ərazidə rast gəlinən tikililərin inşasında hörgü materialı kimi yerli qaya daşlarından istifadə edilib. Hörgü məhlulu kimi həm gəcdən, həm də əhəngdən istifadə olunub. Hörgü qalıqları, inşaatçıların yüksək peşəkarlığından və bu binanın mühüm statusundan xəbər verir. El arasında Hərəm qalası da adlanan 40 otaq abidəsi və ətraf ərazilər 1820-ci ilin sentyabr ayına qədər gərgin mübarizə meydanı olub. Lakin bu qeyri-bərabər mübarizədə Mustafa xan müqavimətin əhəmiyyətsiz və məğlubiyyətin labüd olduğunu başa düşərək, qalanı tərk edərək mühacirət etməli olduğu da deyilir. Beləliklə də, uzun əsrlər Şirvan hökmdarlarının etibarlı sığınacaq və müdafiə yeri olmuş Hərəm qalası tarixi əfsanəyə çevrilib.

Müsahibimiz Sulut kənd sakini Sübhan İdrisov deyir ki, qala Şirvanşahların xanı Mustafa xanın adı ilə bağlı olsa da, amma əslində Mustafa xanın dövründən qat-qat əvvələ gedib çıxır: “Abidə Qırxotaq adlansa da, oradakı otaqların sayı 40-dan çox olub. Belə nəql edilir ki, Şirvan xanları “Qırxotağ”ın hər otağında bir gözəl saxlayarmış və onların bir-biridən xəbəri olmazmış. Qeyd edək ki, bu fikirlə abidənin quruluşu bir-biri ilə tam uzlaşır. Rəvayətə görə buraya yad insan girə bilməzmiş. Tarixi mənbələr göstərir ki, Mustafa xan digər xanlardan fərqli olaraq hərəm saxlamayaraq, sadə həyat tərzi sürüb.

Dağıntıya baxmayaraq, bəzi divar fraqmentlərinin həndəsi və konstruktiv xüsusiyyətlərini qismən təyin etmək olur. Bu hissələrdə divarların qalınlığı 1,5-2 metr, hündürlüyü isə dağılmış vəziyyətdə 3 metrə qədər dəyişir. Bəzi yerlərdə isə yerüstü hissə tam dağıldığından bünövrənin istiqamətini belə təyin etmək olmur. Otaqlar arasında yarıuçuq qapı yerləri və xarici divarlarda pəncərə oyuqları müşahidə olunur. Görünür, binanın qədim inşaatçıları müdafiə tələblərinə önəmli yer verməklə yanaşı, gözəllik və romantik duyğulardan da məhrum olmamışlar”.

Sulut kənd sakini Xoşbəxt Cəlilov deyir ki, qalanın memarlıq-planlaşma quruluşunu, əlçatmaz dağlıq ərazidə yerləşməsini nəzərə alaraq, onu respublika ərazisində mövcud müdafiə sistemlərinin 4 qrupundan biri sayılan dağ qalaları qrupuna aid etmək olar. Güclü dağıntı və aşınma səbəbindən, qazıntı aparmadan, kompleksin başqa hissə və otaqlarını təyin etmək mümkün deyil. Qalanın örtük konstruksiyaları tam dağılıb. Lakin örtüyün Şirvan memarlığı üçün səciyyəvi olan tağlarla və günbəzlərlə qurulması şübhə doğurmur. Əgər qalanın bərpası mümkün olsa həm tariximiz yer üzündən silinməz, həm də bura gələn yerli və xarici qonaqların sayı durmadan artar.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə abidə mühafizəçisi Elnur Nurməmmədovun sözlərinə görə, 40 otaq qəsri tez-tez yerli və xarici qonaqların səfər etdiyi tarixi abidələrdən biridir. Biz də həmin turistlərlə, eləcə də yerli sakinlərlə maarifləndirici söhbətlər aparırıq. Abidələrlə davranış qaydası, onları qorumaqla bağlı ətraflı məlumat veririk. Abidənin bərpasına gəldikdə isə ölkəmizdə digər abidlərin bərpası kimi gələcəkdə bu abidənin də bərpası nəzərdə tutulur.

Sıldırım qayalığın üzərində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən sirli Qırxotaq abidəsi - Reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub