RƏSMİ XRONİKA


Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Yaxın Şərq Universitetinin prorektoru, professor Fəxrəddin Məmmədovdan

Çox hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Şimali Kiprdə yaşayan bütün Azərbaycan diasporu adından ürəkdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyinizlə doğma Azərbaycanımızın güclü sosial, iqtisadi, təhsil, sağlamlıq və digər sahələrdə dünya dövlətləri arasında ön sıralarda yer alacağına əminik.

Sizə və ailənizə cansağlığı, Azərbaycanın çiçəklənməsi naminə titanik fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Professor Fəxrəddin Məmmədov

Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzinin sədri,

Yaxın Şərq Universitetinin prorektoru

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin