MƏDƏNİYYƏT


“Simurq” uşaq musiqi festivalı keçirilir

Bakı, 2 iyun, AZƏRTAC

“Arts Council Azerbaijan” təşkilatının layihəsi, Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Simurq” uşaq musiqi festivalı keçirilir.

“Arts Council Azerbaijan”dan AZƏRTAC-a verilən məlumata görə, əvvəlki illərdə festivala təkcə pianoçular cəlb edilirdisə, bu dəfə musiqinin bütün sahələri ilə məşğul olan uşaqlar özlərini sınaya biləcəklər. Tədbirdə uşaqların rəsmlərindən ibarət sərgi də təqdim olunacaq. Təşkilatçılar incəsənətin bütün sahələrində uşaqların istedadını nümayiş etdirməyə qərar veriblər. Festivalın ilk konserti bu gün İçərişəhərdə “Art Tower” qalereyasının qarşısında başlayacaq.

Müəllifi tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə olan layihənin başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.