CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Bəzi dağ çaylarında daşqın və sel olacaq

Bakı, 10 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-18 metr/saniyə olacağı, iyunun 12-si səhər yarımadanın bəzi yerlərində arabir saniyədə 20 metrədək güclənəcəyi gözlənilir.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, iyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.