CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Dağlıq və dağətəyi rayonlarda qar yağacaq

Bakı, 6 fevral, AZƏRTAC 

Sinoptiklər bəzi bölgələrdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-də cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi gözlənilir. Fevralın 8-də isə şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında arabir güclənən gilavar küləyi əsəcək. Bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcəyi, fevralın 8-i axşamdan 12-dək bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.