İDMAN


Sinxua agentliyi AZƏRTAC-ın fotomüxbirinin Olimpiya Oyunları ilə bağlı fikirlərini öyrənib

Pekin, 28 yanvar, AZƏRTAC

Çinin Sinxua agentliyi AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun “Pekin-2022” Qış Olimpiya Oyunları ilə bağlı fikirlərini öyrənib.

Bir neçə beynəlxalq fotomüsabiqənin qalibi və mükafatçısı olan, dəfələrlə Olimpiya və Paralimpiya Oyunlarını işıqlandırmış İlqar Cəfərov “Pekin-2022” Olimpiadasının yüksək səviyyədə keçəcəyinə inamını ifadə edib. AZƏRTAC-ın fotomüxbiri kimi “Pekin-2008” Paralimpiya Oyunlarında iştirak etmiş İlqar Cəfərov Çin paytaxtında xarici jurnalistlər üçün yaradılan şəraiti, qonaqpərvərliyi məmnunluqla xatırlayıb.

Fotomüxbir bildirib ki, Pekindən əvvəl və sonra bir neçə Olimpiya və Paralimpiya oyunlarında çəkiliş edib. Əgər əvvəllər Olimpiya Oyunlarına əsasən, Qərbin inkişaf etmiş ölkələri ev sahibliyi edirdisə, Çin 2008-ci ildə mötəbər idman yarışını digərlərindən daha yaxşı təşkil etdiyini göstərdi.

İ.Cəfərov əmin olduğunu bildirib ki, 24-cü Qış Olimpiya Oyunları Çinin pandemiyaya baxmayaraq, qlobal əhəmiyyətli idman yarışını necə yüksək səviyyədə təşkil etməsinin daha bir sübutu olacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.