DÜNYA


Şinzo Abe Çini Şimali Koreyanın nüvə proqramının ləğvi üçün əməkdaşlığa çağırıb

Tokio, 16 aprel, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe Çinin xarici işlər naziri Van İni Koreya yarımadasında nüvə silahının ləğvi üçün sıx əməkdaşlığa çağırıb.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, aprelin 16-da Baş nazir öz iqamətgahında Tokioda rəsmi səfərdə olan Van İni qəbul edib.

Görüş zamanı Ş.Abe ABŞ-a aprelin 17-dən başlanacaq səfəri və Prezident Donald Trampla görüşü barədə də məlumat verib. Baş nazir bildirib ki, D.Trampla görüşü zamanı o, Şimali Koreyanın öz nüvə və raket proqramlarından qəti və dönməz imtinasının yolları ilə bağlı ətraflı müzakirələr aparacaq.

Ş.Abe əlavə edib ki, Yaponiya və Çin bu işdə eyni dərəcədə maraqlıdırlar və bu məqsədlə sıx əməkdaşlıq etməlidirlər.

Baş nazir, həmçinin Yaponiya-Çin-Cənubi Koreya liderlərinin qarşıda planlaşdırılan sammitinə toxunaraq bildirib ki, Baş nazir Li Keçyanın Tokioya səfəri zamanı Yaponiya və Çin arasında müxtəlif sahələrdə strateji və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün möhkəm zəmin yaranacaq.

Van İ öz növbəsində deyib ki, o, Çinlə əlaqələrin möhkəmləndirilməsi üçün Şinzo Abe və Yaponiya hökuməti tərəfindən göndərilən müsbət siqnalları və dostluq əlaqələrini diqqətlə izləyir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.