DÜNYA


Şinzo Abe hökumətdə dəyişikliklərə hazırlaşır

Tokio, 1 avqust, AZƏRTAC 

NHK telekanalının yaydığı məlumata görə, Ş.Abe avqustun 1-də Liberal Demokratik Partiyanın (LDP) rəhbər heyətinin toplantısında çıxış edib.

Baş nazir iyulun 29-da Nazirlər Kabinetinin tərkibində və hakim LDP-nin rəhbərliyində dəyişikliklərlə bağlı planını rəsmi olaraq elan etmişdi. Ş.Abe bildirib ki, o, ötən il avqustun 3-də Nazirlər Kabinetinin tərkibini dəyişdikdən düz bir il sonra onu yeniləmək istəyir.

NHK telekanalının apardığı son sorğunun nəticələrinə görə, Nazirlər Kabinetinin reytinqi çox aşağı düşüb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.