Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Şirin Məlikova: Erməni vandalizmini dünyaya çatdırmaq üçün durmadan çalışırıq

Bakı, 25 noyabr, AZƏRTAC

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması ilə başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük şücaət göstərərək, canı-qanı bahasına ərazi bütövlüyümüzü bərpa etdi.

Tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi dövründə Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi də ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışını rəhbər tutaraq informasiya cəbhəsində aktiv mübarizəyə başladı və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Bu barədə AZƏRTAC-a ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova ətraflı məlumat verib. Onun sözlərinə görə, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımızdakı mədəniyyət abidələri, muzeylər və muzey kolleksiyaları ilə bağlı obyektiv məlumatları, bu tarixi-mədəni abidələrimizə qarşı münasibətdə erməni vandalizmini dünyaya obyektiv şəkildə çatdırmaq üçün durmadan çalışırlar: “Biz beynəlxalq təşkilatlara müraciət edərək uzun illər Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan tərəfindən təkcə torpaqlarımızın deyil, həm də mədəni irsimizin, memarlıq abidələrimizin mənimsənildiyini və qəsdən məhv edildiyini, onların tarixi faktları saxtalaşdırdığını, yalan məlumatlar yaydıqlarını, muzey eksponatlarının qanunsuz ixracı ilə məşğul olduqlarını və s. bu kimi həqiqətləri çatdırırıq. Bunun üçün ICOM Azərbaycan Milli Komitəsi tərəfindən mövcud olan bütün faktlar toplanır, sonra onlar haqqında hesabatlar hazırlanır və müvafiq strukturlara məktublar göndərilir”.

Şirin Məlikova ikinci Qarabağ müharibəsi başlanandan indiyədək komitənin mədəni irsin qorunması ilə bağlı dörd bəyanat yaydığını vurğulayıb: “1 oktyabr 2020-ci il tarixli ilk bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yüzlərlə mədəniyyət müəssisəsinin erməni vandalizminin qurbanına çevrilməsi haqqında məlumat verilib və bu vəhşi təcavüzə son qoyulması üçün dünya ölkələrinə çağırış edilib”. O, bu bəyanatın ICOM-un rəhbərliyinə, onun milli və beynəlxalq komitələrinə və regional alyanslarına göndərildiyini, ICOM Azərbaycan Milli Komitəsinin rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində paylaşıldığını bildirib. Bəyanatın həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun göstərişi ilə ölkəmizin xaricdəki səfirliklərinə göndərildiyini, onların vasitəsilə həmin dövlətlərin mədəniyyət nazirliklərinə və digər aidiyyəti qurumlarına çatdırıldığını vurğulayıb.

Komitə sədri müharibə dövründə Ermənistan silahlı qüvvələrinin döyüş zonasından xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni atəşə tutması nəticəsində tarixi-mədəni əhəmiyyətli obyektlərin zərər çəkdiyini diqqətə çatdırıb. Oktyabrın 13-də yayılmış bəyanatda bu obyektlərin siyahısının təqdim olunduğunu, eyni zamanda, erməni silahlı birləşmələrinin terror aktlarını qınaması üçün Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, müvafiq qurumlara çağırış edildiyini deyib.

O, ermənilərin Ağdam rayonu yaxınlığındakı XVIII əsrə aid Şahbulaq qalasında qeyri-qanuni qazıntılar apararaq “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərini pozduğunu, tapılmış arxeoloji materialların qanunsuz olaraq Ermənistana aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, bütün bu faktların yer aldığı 16 noyabr tarixli növbəti bəyanatda beynəlxalq təşkilatlardan, xüsusilə UNESCO və ICOM-dan sözügedən mədəni sərvətlərin qanunsuz daşınmasına hüquqi qiymət vermələri xahiş olunub.

Şirin Məlikova Nyu-Yorkdakı Metropoliten Muzeyinin rəhbərliyinin noyabrın 17-də erməni mədəni irs obyektləri ilə bağlı bəyanatında qeyri-obyektiv, qərəzli mövqe sərgiləməsindən təəssüfləndiyini də vurğulayıb: “Milli Komitə buna etiraz olaraq noyabrın 20-də yayımladığı son bəyanatında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycana məxsus dağıdılmış və ciddi xəsarət almış milli, tarixi-mədəni abidələrin siyahısını təqdim etdi və onlara birtərəfli, qərəzli mövqelərindən imtina üçün müraciət ünvanladı”.

Ş.Məlikova bir sıra ölkələrin ICOM milli və beynəlxalq komitələrinin bu bəyanatlara öz münasibətlərini bildirməsini müsbət hal kimi diqqətə çatdırıb: “ICOM Bosniya və Herseqovina, ICOM Türkiyə, ICOM Amerika, ICOM Peru və ICOM Etnoqrafiya muzeyləri üzrə Beynəlxalq Komitəsi ICOM Azərbaycan Milli Komitəsinə dəstək olaraq həmin bəyanatları öz sosial media səhifələrində paylaşıb. Bununla yanaşı, ICOM Monqolustan və ICOM Peru milli komitələri bəyanatla bağlı ICOM Azərbaycan Milli Komitəsinə dəstək məktubu göndərib. ICOM Peru Milli Komitəsi məktubunda dəhşət doğuran və arası kəsilməyən erməni təcavüzünün ümumdünya qınağına layiq olduğuna inandığını bildirib və beynəlxalq təşkilatları da bu məsələyə müdaxilə etməyə çağırıb. Eyni zamanda, ICOM-un Mirasın qorunması üzrə şöbəsinin koordinatoru Elsa Urtizverea Milli Komitəyə məktub göndərərək bölgədəki hər hansı bir muzeyə ziyan dəyib-dəyməməsi ilə maraqlanıb və ehtiyac yarandığı halda dəstək göstərməyə hazır olduqlarını bildirib. Beynəlxalq Muzeylər Şurası (ICOM) isə mədəni irsin Dağlıq Qarabağ bölgəsində müharibə silahı kimi hədəfə alınmasını kəskin şəkildə pisləyən və tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağıran bəyanat yayıb”.

ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova Fəlakət Risklərinin İdarə Olunması üzrə ICOM-un iki komitəsinin sədrlərinin və eləcə də ICOM-un Mirasın qorunması üzrə şöbəsinin rəhbərinin iştirakı ilə yaxın günlərdə keçiriləcək görüş barədə də məlumat verib. O, görüş zamanı dağıdılmış muzeylər və talan olunmuş eksponatlar haqqında çıxış edəcəyini, eyni zamanda, bu məsələlərin beynəlxalq səviyyədə Azərbaycanla birgə araşdırılması üçün işçi qrupun yaradılması istiqamətində müzakirələrin aparılacağını deyib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar