REGİONLAR


Şirvanda avtomobil beton dirəyə çırpılıb, 4 nəfər xəsarət alıb

Şirvan, 17 sentyabr, Mahir Babayev, AZƏRTAC

Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.