REGİONLAR
Şirvanda evdən pul oğurlayan şəxs saxlanılıb VİDEO
Şirvan, 23 may, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini M.Qasımov ona məxsus fərdi yaşayış evindən 1000 ABŞ dolları və 2000 manat pulun oğurlanması barədə məlumat verib. Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abdullayev saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı pulları xərclədiyini bildirib.
Faktla bağlı M.Abdullayev barəsində Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.