Şirvandakı “Sərfəli” marketdə istehlaka yararsız məhsullar aşkar olunub
AzerTAg.az
Bakı, 15 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan məlumat əsasında Şirvan şəhərinin T. İsmayılov küçəsində yerləşən fiziki şəxs Muradov Rövşən Məhəmmədəli oğluna məxsus "Sərfəli" marketdə yoxlama keçirilib.
Yoxlama zamanı ərzaq mağazasında istifadə müddəti bitmiş məhsullar aşkar edilib. Araşdırma zamanı müəssisədə malların saxlanılması və satışı qaydalarının, həmçinin sanitar norma və qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Mağazada istifadə müddəti bitmiş məhsulların satışının qadağan olunması və məhv edilməsi barədə qərar qəbul edilib. Aşkar edilmiş nöqsanlarla əlaqədar müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Xəbərin mətnində orfoqrafik səhv var