CƏMİYYƏT


Siyəzən sakinində marixuana aşkarlanıb

Bakı, 3 dekabr, AZƏRTAC

Siyəzən rayonunun Zarat qəsəbəsi ərazisində yerləşən daimi postda Siyəzən şəhər sakini A.Aslanovun idarə etdiyi “Khazar” markalı avtomobil nəzarət qaydasında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları A.Aslanovun üzərinə baxış zamanı onda marixuana aşkarlayıblar. O, araşdırmalar aparılması üçün avtomobillə birgə Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.