REGİONLAR
Siyəzəndə “Audi” yük avtomobilinə çırpılıb - sürücü yaralanıb, 3 sərnişin ölüb YENİLƏNİB VİDEO
Siyəzən, 11 fevral, AZƏRTAC
Bu gün saat 15:20 radələrində Siyəzən rayonu Heydər Əliyev küçəsində 3 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsində kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan 3 sərnişin isə ölüb.
Faktla bağlı araşdırma aparılır.
15:13
Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.