REGİONLAR
Siyəzəndə onlayn inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib
Siyəzən, 6 may, Elxan Yusifli, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Siyəzən rayon Heydər Əliyev Mərkəzində rəsm əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzdə Siyəzən rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin təsviri incəsənət dərnəyinin üzvlərinin rəsm əsərləri nümayiş etdirilir. Əsərlərdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş portretlər və müxtəlif rəsm əsərləri təqdim olunur.
Bununla yanaşı, Mərkəzin Siyəzən Rayon Təhsil Şöbəsi ilə birlikdə təşkil etdiyi "Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir", "Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan”, “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qurucusudur” mövzularında onlayn inşa-yazı müsabiqəsinin qalibləri də müəyyənləşib.
Birinci yerə Siyəzən şəhər 1 saylı tam orta məktəbinin şagirdi Həmail Əkbərli, ikinci yerə Siyəzən rayon Böyük Həmyə kənd orta məktəbinin şagirdi Nərgiz Əhmədli, üçüncü yerə Siyəzən şəhər 2 saylı tam orta məktəbinin şagirdi İnabə Bəşirzadə layiq görülüb. Qaliblər fəxri fərmanlarla təltif olunublar.