Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Skautlar Azərbaycanda – ilk tanışlıq

Bakı, 11 avqust, Emil Eyyubov, AZƏRTAC

AZƏRTAC-ın xəbər verdiyi kimi, avqustun 7-dən 10-dək Qəbələdə XIII Dünya Skaut Gənclər Forumu keçirilib. Avqustun 14-18-də Bakıda Dünya Skaut Konfransı keçiriləcək. Skautinqlə bağlı bu cür irimiqyaslı beynəlxalq tədbir Azərbaycanda ilk dəfədir keçirilir. Biz fürsətdən istifadə edərək, forumun təşkilatçıları və iştirakçıları ilə söhbət etmək və Azərbaycan üçün hələ yeni olan skautinq hərəkatı barədə daha çox məlumat toplamaq üçün Qəbələ Forumunda olduq. Bu forum gənc nəslə nə vəd edir, skautlarla pionerlər arasında ümumi nə var, Azərbaycanda skautlar təşkilatını kim maliyyələşdirir? Biz bu və bir çox digər suallara cavab verməyə çalışacağıq.

Hazır ol! – Həmişə hazıram!

Azərbaycanın ilin bütün fəsillərində son dərəcə gözəl olan dilbər guşəsi Qəbələ qonaqların böyük axınına çoxdan öyrəşib, amma region bu qədər skautu ilk dəfədir görür. Dünya Skaut Gənclər Forumunun keçirildiyi “Qafqaz Resort” otelinin ərazisi bu günlər dünyanın 133 ölkəsindən müxtəlif irq və millətlərin nümayəndələri olan gənclərin uniformalarının rəng müxtəlifliyi ilə göz qamaşdırır. Ümumi rahatlıq və dostcasına ünsiyyət atmosferi bizi dərhal öz ağuşuna alır. Gənclər harada gəldi - terrasdakı masaların arxasında, pilləkəndə, otelin foyesinin döşəməsində maraqlar üzrə qruplar təşkil edir, sərbəst şəkildə nəsə müzakirə edirlər. Onların vaxtlarını öldürdükləri hissi isə aldadıcıdır. Əslində, gənc skautlar tanış olur, əlaqə qururlar. Axı Forumun sonrakı saatlarında və günlərində ciddi problemləri nəzərdən keçirməli və onları həll etməlidirlər. Birinci günün gündəliyində 2017-2022-ci illərdə Dünya Skaut Komitəsinin gənc müşavirlərinin seçilməsi məsələsi var. Qalan günlərdə forum iştirakçılarını liderlik, fəal vətəndaşlıq, ətraf mühitin mühafizəsi, sabit inkişaf və digər mühüm məsələlərə həsr olunmuş müxtəlif sessiyalar gözləyir. Bəs bu gəncləri nə birləşdirir, onların məqsəd və məramları nədən ibarətdir?

Əvvəlcə bir balaca tarixə nəzər salaq. Skautların, yəni ingilis dilindən tərcümədə kəşfiyyatçıların ortaya çıxmasında İngilis Robert Baden-Pauell mühüm rol oynayıb. Məhz o, 1907-ci ildə Böyük Britaniyanın Braunsi adasında ilk skaut düşərgəsi açıb. Bu iş əvvəlcə oğlan uşaqlarını hərbi xidmətə hazırlamaq məqsədi daşıyırdı. Uşaqlar böyüklərin rəhbərliyi ilə səhra şəraitində salamat qalmaq və komanda ruhu qaydalarını öyrənirdilər. Yaşlı hamilərlə təlim keçən uşaqları birləşdirmək ideyası o qədər inqilabi ideya idi ki, qısa müddətdə “kəşfiyyatçılar” oyunu öz çərçivəsini aşaraq, gənc nəslin cəmiyyətə və dünyaya faydalı olmaq səylərinə yönəlmiş ümumdünya hərəkatına çevrilir.

Skautinq hərəkatı çar Rusiyasında da böyük inkişaf yolu keçib. 1917-ci ildə Rusiyanın 143 şəhərində 50 min skaut var idi. Sonra Oktyabr inqilabı baş verib və skautlar tədricən pionerə çevriliblər. Təəssüf ki, sovet dövrünün skautinqi bu hərəkatın əsas prinsiplərinin ziyanına olaraq əsaslı şəkildə siyasiləşdirilir, böyüməkdə olan nəsil arasında kommunizmin təbliği vasitəsinə çevrilir. Məsələn, meşədə çadırlarda yaşamaq və salamat qalmaq qaydalarını öyrənmək əvəzinə pionerlər yay fəslini sanatoriya korpuslarında keçirir, sovet dövrünün siyasi şüarlarını öyrənirdilər.

Yalnız skautların “Hazır ol!” devizi dəyişmir və bu devizə pionerlərin “Həmişə hazıram!” cavabı əlavə olunur. Qalan məsələlərdə pionerlik ideologiyası skautinqin əsas dəyərlərindən köklü şəkildə fərqlənir.

Hamı Camboriyə!

Bəs bu gün skaut hərəkatı nəyi təmsil edir? Müasir dünyada skautlar özlərini çox yaxşı hiss edirlər. Dünya Skaut Hərəkatı Təşkilatı (WOSM) öz sıralarında 40 milyondan çox iştirakçını birləşdirir və azı 224 ölkədə və regionda, o cümlədən Azərbaycanda milli skaut qrupları şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Özü də WOSM qeyri-kommersiya və qeyri-partiya təşkilatıdır. WOSM-a görə, skautinq 2023-cü ilə qədər lider maarifçi gənclər hərəkatına çevrilməli, fəal vətəndaş olmaq, öz cəmiyyətində və bütün dünyada baş verən müsbət dəyişikliklərdə iştirak etmək arzusunda olan 100 milyon gənci öz sıralarına cəlb etməlidir.

Qeyd edək ki, skautlardan həqiqətən yaxşı liderlər alınır. Məsələn, Con Kennedi, Corc Buş, Bill Klinton, Nelson Mandela, Nil Armstronq, Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz Al Səud və bir çox digər tanınmış şəxsiyyətlər skaut olublar. Qəbələ Forumunda iştirak edən Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalvesin sözlərinə görə, skautinq böyüməkdə olan nəslə həyatda uğur qazanmaq üçün unikal imkanlar vəd edir. O deyir: “Skaut olmaq öz liderlik keyfiyyətlərini inkişaf etdirmək, çətin vəziyyətlərdən çıxmaq bacarığı, komandada işləmək və şəxsiyyəti inkişaf etdirmək üçün zəruri olan digər mövqelərdir. Nəticədə ən adi gənclər də məqsədlərinə çatmaq üçün yaxşı imkanlar əldə edirlər”.

Gənclərin təlim-tərbiyəsi skaut sözü və qanununa, insanların özlərini şəxsiyyət kimi reallaşdırdığı və cəmiyyətdə konstruktiv rol oynadığı gözəl bir dünyanın qurulmasına yardıma əsaslanan dəyərlər sistemi vasitəsilə baş verir. Bütün bunlar gənclərin şəxsiyyətinin təşəkkülü dövründə onların qeyri-formal təhsil prosesinə cəlb olunması yolu ilə əldə edilir. Bunun üçün gənclərə onların öz şəxsi inkişafında daim yardıma tələsən müstəqil, məsuliyyətli və sədaqətli insan kimi baş rol oynamalarına imkan verən xüsusi metoddan istifadə edilir.

Yeri gəlmişkən, skautların müxtəlif tikmələr və boyuna bağlanan yaylıq-qalstuk şəklində rəmzi aksesuarla bəzədilmiş çox gözəl forması və zanbaq şəklində emblemi var. Gülün üç ləçəyi skaut andının elementlərini - insanın öz şəxsiyyəti, yaxınları və Allah qarşısında borcunu göstərir.

Bir vaxtlar pionerlər “Artek” pioner düşərgəsinə getməyə can atırdılar, bütün skautlar isə dörd ildən bir təşkil edilən ümumdünya toplantısında - Camboridə iştirak etmək arzusundadırlar. Hər bir skaut həyatında yalnız bir dəfə Camborinin iştirakçısı ola bilər. Toplantı skaut hərəkatının mövcud olduğu müxtəlif ölkələrdə keçirilir və dünyanın hər yerindən 14-17 yaşlı minlərlə skautu bir araya toplayır. Yeri gəlmişkən, ötən toplantı Yaponiyada keçirilib və burada 155 ölkədən 33 mindən çox skaut iştirak edib.

Etimad krediti

Bəs Azərbaycanda skautinqlə bağlı vəziyyət nə yerdədir? Bəzi məlumatlara görə, ölkəmizdə skautlar hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud olublar. Hazırda Dünya Skaut Hərəkatı Təşkilatının üzvü olan Azərbaycan Skautlar Assosiasiyasının (ASA) 1997-ci ildə təsis edilməsi ilə bu hərəkat yenidən dirçəlməyə başlayıb. Bu gün ASA 16 bölgədən təqribən 1750 üzvü birləşdirir. Müqayisə üçün deyək ki, İndoneziyada 10 milyondan çox, ABŞ-da təqribən 4 milyon, Hindistanda 2,5 milyondan çox, Türkiyədə isə 140 mindən çox skaut var. İndi başa düşürsünüzmü ki, Dünya Skaut Gənclər Forumunun və Konfransının məhz Azərbaycanda keçirilməsi barədə qərar nə kimi əhəmiyyət daşıyır! XIII Dünya Skaut Gənclər Forumunun direktoru Nərgiz Balakişiyeva deyib: “Ölkəmiz skaut Forumunun və Konfransının keçirilməsi hüququnu gərgin mübarizə şəraitində qazanıb. Üç il əvvəl Sloveniyada sonuncu Dünya Konfransında səsvermə zamanı Azərbaycan skautinq ənənələrinin çox güclü olduğu Malayziyaya rekord fərqlə qalib gəlib. Ən başlıcası isə dünyanın ən iri ictimai hərəkatlarından birinin bizə göstərdiyi bu etimad kreditini doğrulda bilmişik”.

Həqiqətən də yüksək vəzifəli qonaqlar elə ilk gündən Forumun təşkilatçılıq səviyyəsindən razı qaldıqlarını bildirdilər. Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalves deyib: “Azərbaycan ölkəyə çoxlu sayda iştirakçı və turist cəlb edən dünya səviyyəli tədbirlərin gözəl təşkilatçısı kimi artıq çoxdan özünü təsdiq edib. Qəbələdə XIII Dünya Skaut Gənclər Forumu da istisna təşkil etməyib. Onun təşkilatçılıq səviyyəsi bütün gözləntilərimizdən yüksək olub və bu da təkcə mənim deyil, eyni zamanda, onlarca ölkədən gəlmiş və əksəriyyəti Azərbaycanda ilk dəfə olan iştirakçıların fikridir. Əvvəlcə tədbirin uğurla keçiriləcəyinə şübhə ilə yanaşırdıq, amma indi təşkilatçıların peşəkarlığına, təbiətin gözəlliyinə və insanların qonaqpərvərliyinə valeh olmuşuq. Dünyanın hər yerindən iştirakçılar Azərbaycan barədə xoş təəssüratlarla geri qayıdacaqlar və bu təəssüratları öz dostları və yaxınları ilə bölüşəcəklər”.

Dünya Skaut Gənclər Forumu və Dünya Skaut Konfransı kimi irimiqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin geniş ictimaiyyətinin diqqətini skaut hərəkatına cəlb edəcək. ASA 20 illik fəaliyyəti dövründə bir çox nəticələrə nail olsa da, qarşısına nəcib məqsədlər qoyan bu çox populyar dünya hərəkatı, şübhəsiz ki, ölkəmizdə daha geniş vüsət almağa layiqdir.

Skautinq həyat tərzi kimi

Beləliklə, skaut olmağın qaydaları, skautun hüquq və vəzifələri nədən ibarətdir? ASA-nın prezidenti İlyas İsmayıllının sözlərinə görə, skautlar hərəkatına qoşulmaq üçün təşkilatın Bakı şəhəri, Mehdi Hüseyn küçəsi, 69/10 ünvanında yerləşən ofisinə müraciət etmək yetərlidir. Altı yaşından başlayaraq hər bir şəxs skaut ola bilər. ASA qeyri-kommersiya və qeyri-dövlət təşkilatıdır. Buna görə də özünümaliyyələşdirmə şəraitində fəaliyyət göstərir. Təşkilatın hər bir üzvü kifayət qədər rəmzi üzvlük haqqı ödəyir: Bakı sakinləri üçün ildə 24 manat, regionlardakı skautlar üçün ildə 12 manat.

Müxtəlif yaşlı skautları qruplara bölürlər. Onlar həftədə azı bir dəfə öz regionundakı təşkilatın ofisində görüşür, yaxud tez-tez təbiətin qoynuna çıxır, burada treninqlərdə və ya digər proqramlarda iştirak edirlər. Təbiətlə ünsiyyət skaut təliminin əsas metodlarından biridir. Kiçik qruplarla işləmək, skaut qanunu, iştirakçıların şəxsiyyət kimi inkişafı, vədlərinə sadiq qalması və başqa metodlar da bura daxildir. İldə dörd dəfə, yəni mövsümdə bir dəfə Azərbaycan skautları üçün milli düşərgələr təşkil edilir. Ölkənin müxtəlif regionlarından olan uşaqlar ünsiyyət saxlayır və böyüklərin hamiliyi ilə təlim keçirlər.

Skautların təlimi müstəqil həyata hazır şəxsiyyətin hərtərəfli formalaşmasına yönəlib. Təşkilatın üzvü olmaq skautlar üçün həyat tərzinə çevrilir və onlar saçlarına dən düşənə qədər belə həyat tərzindən qopa bilmirlər.

ASA 2014-2017-ci illərdə minimum resursla 210-dan çox əhəmiyyətli yerli layihə və tədbir həyata keçirib. Bundan əlavə, təşkilatın liderləri Azərbaycan skautinqini müntəzəm olaraq regional və beynəlxalq tədbirlərdə təmsil edirlər.

ASA-nın prezidenti İlyas İsmayıllı deyib: “Cəmiyyətdə vətənpərvərlərin və şüurlu vətəndaşların yetişdirilməsində skautinqin böyük əhəmiyyəti var. Zənnimcə, bu, Azərbaycanda da birinci dərəcəli məsələdir, çünki skautinq böyüməkdə olan nəslin asudə vaxtının faydalı təşkilinə kömək edir, gəncləri müasir cəmiyyətin meyilli olduğu düşünülməmiş addımlardan çəkindirir”.

Son söz yerinə

Skautların liderlərinin onların təşkilatında şüurlu vətəndaşların və vətənpərvərlərin yetişdirilməsi, yaxud uşaqlarda liderlik keyfiyyətlərinin formalaşması haqqında bəyanatlarının ciddiliyinə ilk baxışda inanmaq çətindir. Amma biz günümüzü skautlarla keçirdik və bir maraqlı fakta diqqət yetirdik. Təsəvvür edin ki, otelə 300 nəfərdən ibarət turist qrupu, məsələn, bir böyük şirkətin kollektivi gəlir. Düşünürəm ki, məzuniyyətdə və ya ezamiyyətdə olanların istirahət zamanı özlərini necə apardıqlarını çoxunuz görmüşünüz. Özünəxidmət yeməkxanalarında yemək götürülən yerlərdə basabas, ayaqlar altına atılan yemək qalıqları, sabun və salfetləri bir göz qırpımında sərf olunan tualetlər və sair və ilaxır. İndi isə təsəvvür edin ki, otelə gələnlər böyüklər deyil, 300 yeniyetmə skautdur. Baxın görün, bir neçə günlüyə başqa ölkəyə gələn bu skaut gənclər necə nümunəvi yüksək mədəniyyət nümayiş etdirirlər. Onlar tezliklə çıxıb gedəcəklər. Oyunlar və skaut sessiyaları zamanı səs-küylü və təşəbbüskar olan bu yeniyetmələr kofe-breyk və nahar zamanı həqiqətən səbirlə növbələrdə dayanır, otelin ərazisində təmizliyə riayət edir və ətrafdakılara hörmətlə yanaşırdılar.

Biz qarşıdan gələn 41-ci Dünya Skaut Konfransının iştirakçılarına müvəffəqiyyət arzu edirik. Növbəti materialımızda isə Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyətindən danışacağıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq