DÜNYA


Slovakiya adambaşına düşən avtomobil istehsalına görə dünya lideridir

Slovakiya adambaşına düşən avtomobil istehsalına görə dünya lideridir

Bratislava, 18 fevral, AZƏRTAC

Slovakiyada avtomobil istehsalı ötən il pandemiyanın yaratdığı problemlərə baxmayaraq dörd faiz artıb və bir milyonluq həddi ötüb.

AZƏRTAC xəbər verir ki, istehsalçılar 2022-ci ildə də oxşar istehsal həcminə nail olunacağına ümid bəsləyirlər. Qeyd edilən istehsal göstəricisi ilə Slovakiya dünya üzrə adambaşına düşən avtomobil istehsalına görə dünya lideridir. Dünyanın bir sıra aparıcı avtomobil şirkətləri Avropa üçün avtomobil istehsalının son mərhələsini bu ölkədə həyata keçirirlər. Bu fakt da 5,5 milyon əhalisi olan Slovakiyanı dünyada ən çox avtomobil istehsal edilən ölkələrdən birinə çevirir.

Slovakiya Avtomobil Sənayesi Birliyindən bildirilib ki, Slovakiya Avropada elektrik avtomobillərindən ən az istifadə edilən ölkələrdən biridir və bu sahədə geniş potensial mövcuddur. Qeyd edilib ki, 2021-ci ildə elektrik və hibrid mühərrikli avtomobillər ölkədə satılmış yeni avtomobillərin cəmi 3 faizini təşkil edib. Birlik hökumətdən tələb edib ki, həm ölkədə elektrik mühərrikli avtomobillərin istehsalı, həm də onların alışı üçün təşviqedici proqram həyata keçirsin.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.