DÜNYA


Smartfon istehsalında 7 faiz artım qeydə alınıb

Bakı, 28 iyul, AZƏRTAC

Cari ilin ikinci yarısında dünyada smartfon istehsalı əvvəlki rüb səviyyəsində qalıb. Bu barədə “TrendForce” tədqiqat şirkətinin hesabatında deyilir.

AZƏRTAC xəbər verir ki, tədqiqata görə, aprel-iyunda istehsalçılar tərəfindən yanvar-martda olduğu kimi, ümumilikdə 324,2 milyon qurğu buraxılıb.

Bununla belə, 2017-ci ilin birinci yarısının yekunları üzrə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 7 faizlik artım qeydə alınıb. Altı ay ərzində təxminən 650 milyon smartfonun istehsal edildiyini hesablayan ekspertlər Çinin brendlərinin qurğu buraxılışını genişləndirməsini, digər ölkə şirkətlərinin isə, əksinə, istehsalı azaltmasını qeyd edirlər. Ayrı-ayrı istehsalçılar barədə məlumat verilmir.

Analitiklər tərəfindən üçüncü rübdə ilk “Apple” smartfonlarının buraxılışı ilə əlaqədar yeni “iPhone” modellərinin satışa çıxarılmasının 10 illik yubileyi münasibətilə qlobal smartfonlar bazarında canlanma proqnozlaşdırılır. Bazarda mövqelərinin zəifləməsinə imkan vermək istəməyən digər istehsalçıların da yaxın bir neçə ayda yeni qurğular təqdim edəcəkləri gözlənilir.

Proqnoza görə, iyul-sentyabrda smartfon istehsalçıları 345,2 milyon qurğu buraxacaq, sonuncu rübdə isə göstəricini daha 16,8 faiz - 403,1 milyon ədədədək artıracaq. Bunu nəzərə alaraq ehtimal olunur ki, ilin ikinci yarısında smartfon istehsalının həcmi birinci rübdən 10 faiz çox olacaq.

“TrendForce” şirkətinin 2017-ci il üçün proqnozunda 2016-cı ildəkindən daha çox qurğunun (1,39 milyard) satışa çıxarılacağı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.