Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Soçi görüşü: Moskva vacib məsələləri Bakı ilə müzakirə edir

Soçi görüşü: Moskva vacib məsələləri Bakı ilə müzakirə edir

Rusiya Prezidenti Soçidə adətən olduqca əhəmiyyətli geosiyasi məsələləri müzakirə edir. Azərbaycan Prezidentinin Soçiyə dəvət edilməsi və çox mühüm məsələlərin müzakirə edilməsi bu kontekstdə bir sıra nəticələr çıxarmağa imkan verir. Prezident İlham Əliyevi yüksək səviyyədə qarşılayan Rusiya dövlət başçısı regional və qlobal təhlükəsizlik üçün ciddi əhəmiyyəti olan problemləri müzakirə edəcəyini açıq bildirib. Tərəfdaş kimi Azərbaycan Prezidentinin seçilməsi isə təsadüfi deyil. Çünki məhz İlham Əliyev regional əməkdaşlığı inkişaf etdirən bir sıra maraqlı formatların təşəbbüskarıdır. Bundan başqa, Azərbaycan rəhbərliyi enerji, nəqliyyat, ticarət və iqtisadiyyat sahələrini əhatə edən perspektivli beynəlxalq layihələrdə fəal iştirak edir. Təbii ki, Vladimir Putini İlham Əliyevlə görüşməyə sövq edən səbəblər içərisində Yaxın Şərqdə son zamanlar cərəyan edən hadisələrin və cəbhə bölgəsində ermənilərin törətdiyi təxribatların da təsiri vardır. Azərbaycan bu dəfə də ermənilərin layiqli cavabını verib və güclü orduya malik olduğunu yenidən təsdiqləyib. Bütün bunlar özlüyündə regional təhlükəsizliyin təmini istiqamətində yeni addımların atılmasını şərtləndirir. Yuxarıda vurğulanan məqamların təhlil edilməsi ehtiyacı aydın hiss edilir.

Cənubi Qafqazın lideri: etibarlı tərəfdaş

Rusiya Prezidenti Soçidə adətən çox əhəmiyyətli hesab etdiyi görüşləri keçirir. Vladimir Putinin oradakı iqamətgahı bir qayda olaraq, istirahət üçün nəzərdə tutulub. Xüsusi hallarda isə, çox aktual hesab edilən problemlərin müzakirəsi də təşkil edilir. Təcrübə göstərir ki, Soçidə keçirilən işgüzar müzakirələrin konkret nəticələri olur. Bütün bunların fonunda Rusiya Prezidentinin Azərbaycan lideri ilə Soçidə görüşməsi böyük maraq doğurdu. Xüsusilə Ermənistan siyasi və ekspert dairələrinin narahatlığı dərhal özünü göstərdi.

Erməni KİV-i müxtəlif şərhlər verməyə çalışdı. Hətta bir sıra mətbuat orqanı utanmadan Azərbaycanın Rusiyanın təsiri altında olduğu haqqında cəfəng və əsassız tezislər irəli sürdülər. Əslində, erməniləri başa düşmək olardı. Çünki onlar vəziyyətin ciddiliyini anlayırlar və görüş barədə informasiya almağa çalışırdılar. Reallıqda burada müəmmalı və dolaşıq heç bir məqam yoxdur.

Hər şeydən əvvəl, onu vurğulamaq lazımdır ki, Rusiya Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edir. Bundan heç cür imtina etmək mümkün deyildir. Qlobal miqyasda cərəyan edən geosiyasi və energetik proseslərə diqqət edək. Orada Azərbaycanın təsiri yeni müstəqil dövlət kimi kifayət qədər güclüdür. Avropa dəfələrlə bəyan edib ki, enerji təhlükəsizliyinin təminində Bakının rolu böyükdür. Rəsmi tədbirlərin hər birində yüksək səviyyədə bu barədə siyasi liderlər fikir bildirirlər. Belə mövqenin tam əsası vardır – Azərbaycan rəhbərliyi konkret enerji layihələri ilə dünya miqyasında gedən proseslərə təsir edə bildiyini nümayiş etdirməkdədir.

Sonra, Azərbaycan regional əməkdaşlıq istiqamətində tarixi əhəmiyyətə malik addımlar atır. Rəsmi Bakı perspektivli ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Regionun böyük dövlətləri olan İran, Rusiya və Türkiyə ilə müxtəlif sahələrdə – siyasi, iqtisadi, mədəni, energetik, nəqliyyat sahələrində əlaqələr qura bilib.

Nəhayət, Azərbaycan “Yeni İpək Yolu”, “Bir zolaq, bir yol” layihəsinin aktiv iştirakçısı kimi Cənubi Qafqazda aparıcı mövqedədir. Bu keyfiyyətdə onun qlobal miqyasda əhəmiyyəti dəfələrlə artmaqdadır.

Yuxarıda sadalanan məqamlar işığında Rusiya-Azərbaycan münasibətlərinin region üçün əhəmiyyətini anlamaq çətin deyil. Vladimir Putin təcrübəli dövlət başçısı kimi bunları çox gözəl bilir və nəzərə alır. Təsadüfi deyil ki, erməni tərəfinin etirazlarına baxmayaraq, Moskva bütün sahələrdə Bakı ilə əlaqələri inkişaf etdirir. İqtisadi-ticari, energetik, nəqliyyat, müdafiə, humanitar və digər sahələrdə iki ölkə arasındakı əməkdaşlıq beynəlxalq hüquq normaları çərçivəsində uğurla yeni səviyyəyə yüksəlir.

Deyək ki, humanitar sahədə iki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Elm, təhsil, mədəniyyət, dil kimi mühüm sahələrdə maraqlı layihələr həyata keçir. Onu deyək ki, hazırda 15 min azərbaycanlı Rusiya ali məktəblərində təhsil alır. İki ölkənin Elmlər Akademiyaları birgə layihələr həyata keçirirlər. Rus dilinin Azərbaycanda istifadəsi yüksək səviyyədədir.

Nəqliyyat sahəsində isə böyük layihə kimi Şimal-Cənub dəhlizinin yaradılması əhəmiyyətli hadisədir. Bu, böyük bir məkanda səmərəli iqtisadi-ticari əlaqələr qurmağa imkan verəcəkdir.

Əməkdaşlığın yeni səviyyəsi: Soçi görüşünün geosiyasi konteksti

İndi ekspertləri daha çox maraqlandıran müdafiə sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etməsidir. Rusiya hərbi aspektdə Azərbaycanla geniş əməkdaşlıq layihələri həyata keçirir. Rəsmi məlumatlara görə, 3 milyard ABŞ dolları həcmində imzalanmış hərbi saziş 90% yerinə yetirilib. Rusiya son aylarda da Azərbaycana əvvəlcədən nəzərdə tutulan silah satışını həyata keçirib. Bunlardan başqa, iki ölkə Suriyada terrora qarşı mübarizədə əldə edilən təcrübəni bölüşürlər. Bu da mühüm məqamdır. Çünki erməni terroruna qarşı mübarizədə həmin təcrübədən istifadə etmək olar. Onu nəzərə almaq lazımdır ki, reallıqda İŞİD-lə erməni silahlı qrupları arasında elə bir fərq yoxdur. Görünür, Rusiya dolayı da olsa, bu həqiqəti qəbul edir.

Soçidə Vladimir Putinin İlham Əliyevi yüksək səviyyədə qarşılaması və qarşılıqlı maraq doğuran çox aktual məsələləri müzakirə etmək istədiyini bəyan etməsi yuxarıda vurğulanan məqamların işığında tamamilə təbii görünür. Rusiya dövlət başçısı deyib: “Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam” (bax: Azərbaycan və Rusiya prezidentlərinin Soçidə görüşü olub / AZƏRTAC, 22 iyul 2017).

Buradan iki vacib nəticə çıxarmaq olar. Birincisi, Rusiya Azərbaycanla ikitərəfli və regional əməkdaşlıq məsələlərini qlobal geosiyasi kontekstdə müzakirə etməkdə maraqlıdır. Vladimir Putin bu aspektə böyük əhəmiyyət verir. İkincisi, regional miqyasda geosiyasi vəziyyət mürəkkəbləşib və onu Moskva məhz Bakı ilə müzakirə etməyə qərar verib. Çünki Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır. Bu iki aspektin vəhdəti fonunda Azərbaycan dövlət başçısının Soçidə ifadə etdiyi fikirlər son dərəcə maraqlıdır. İlham Əliyev bəyan edib: “Biz mütəmadi olaraq görüşürük. Bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər – regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var” (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdən aydın görünür ki, rəsmi Bakı ikitərəfli münasibətləri regional və qlobal miqyasda təhlükəsizliyin təmin edilməsi kontekstində müzakirə etməyə hazırdır. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi zəruridir. Bu bağlılıqda ermənilərin körpə bir uşağı qətlə yetirməsi və Azərbaycan Ordusunun buna cavab olaraq bir neçə işğalçını məhv etməsi diqqətə alınmaqdadır.

Beləliklə, Vladimir Putin İlham Əliyevi Soçiyə çox mühüm məsələləri müzakirə etmək üçün dəvət edib. Bu görüş iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi əlaməti kimi qəbul edilə bilər. Çünki artıq Kreml regional və qlobal səviyyədə aktual olan təhlükəsizlik və əməkdaşlıq məsələlərini ilk növbədə Bakı ilə müzakirə edir.

Belə görünür ki, Ermənistan rəhbərliyi üçün çətin bir mərhələ başlayır. Azərbaycanın artan nüfuzu fonunda rəsmi İrəvanın böhtan və şantaj imkanları minimuma enir. Bu isə bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi və regional əməkdaşlıq üçün əhəmiyyətli müsbət nəticələr əldə etmək şansının meydana gəldiyini göstərir. Şübhə yoxdur ki, Azərbaycan və Rusiya bu imkandan maksimum dərəcədə yararlanmağa çalışacaqlar.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir