SİYASƏT
Şöhrət Barlas: Qanunverici orqanın səmərəli fəaliyyəti hər bir dövlətin inkişafında mühüm rol oynayır
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycanda keçiriləcək parlament seçkilərindən sonra dövlət quruculuğunda yeni bir mərhələnin başlanacağını düşünürəm.
AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında məşhur özbək tarixçisi Şöhrət Barlas deyib.
O bildirib ki, qanunverici orqanın səmərəli fəaliyyəti hər bir dövlətin inkişafında mühüm rol oynayır.
“Qarşıdan gələn parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”, - deyən Ş.Barlas seçkilərin sakit və demokratik şəraitdə keçəcəyinə əminliyini ifadə edib. O deyib: “Azərbaycan seçkilərin keçirilməsində böyük təcrübəyə malik olan bir dövlətdir. Əminəm ki, proses texniki cəhətdən də qanunauyğun təşkil ediləcək”.