MƏDƏNİYYƏT


“Solğun çiçəklər”in nümayişi davam edir

Bakı, 9 aprel, AZƏRTAC

Görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət Nazirliyi ilə birgə ədibin “Solğun çiçəklər” filminin nümayişinə başlanılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, peşəkar heyət tərəfindən müasir dövrə adaptasiya edilərək hazırlanan və səkkiz bölümdən ibarət ekran işi martın 22-dən həftədə bir dəfə İTV-nin efirində filmsevərlərə təqdim olunur.

Filmin ssenari müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Aydın Əsgərov, prodüseri Yalçın Verdiyev, baş prodüseri isə Balakişi Qasımovdur.

Ekran əsərində Xalq artisti Elxan Qasımov, aktyorlar Nigar Güləhmədova, Həsənağa Məmmədov, Aynişan Quliyeva və başqaları rol alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.