Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Son 10 ildə təhsil sahəsində görülən işlər iqtisadi potensialımızın insan kapitalına çevrilməsində yeni üfüqlər açır

Son 10 ildə təhsil sahəsində görülən işlər iqtisadi potensialımızın insan kapitalına çevrilməsində yeni üfüqlər açır

Bakı, 29 iyul, AZƏRTAC

Müstəqillik əldə etdikdən sonra ölkəmizin beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməsi üçün kadr hazırlığı keyfiyyətinin artırılması tələb olunurdu. Bu tələb təhsil quruculuğunu aktuallaşdırırdı. Ümummilli lider Heydər Əliyev bu reallıqdan çıxış edərək deyirdi: “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək, xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar”. Bu, təhsil işçilərinə qlobal çağırış idi, onun mahiyyəti aydın idi, hər bir ölkənin rəqabətlilik indeksinin dərəcəsi onun təhsil sisteminin səviyyəsi ilə ölçülür. Buna görə də təhsil işçilərinin qarşısında müasir dövrün tələblərinə uyğun olaraq ölkəmizin dinamik və davamlı inkişafını təmin edə, qlobal çağırışlara cavab verə, Azərbaycan həqiqətlərini dünyaya çatdıra biləcək, rəqabətədavamlı yeni kadrlar hazırlamağa qadir olan təhsil sistemi qurmaq tələb olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə deyib.

O qeyd edib ki, ötən illər ərzində təhsil sahəsində nəzərəçarpacaq dərəcədə genişmiqyaslı işlər görülüb: “2005-ci ildə ölkəmiz Boloniya prosesinə qoşuldu. Bu, ali təhsilin inkişafında yeni mərhələ olsa da, məzmunu etibarı ilə onun reallaşdırılması çox mürəkkəb bir iş idi. Köhnənin yeni ilə əvəz edilməsi həmişə böyük çətinliklərlə müşayiət olunur, çətin olsa da bu yolu qət etmək lazım idi. Qürurverici haldır ki, Azərbaycan təhsil işçiləri bu yolda qətiyyətlə addımladılar və ölkəmizdə kadr hazırlığı siyasəti yeni müstəviyə keçdi. 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə Azərbaycan ali təhsil sisteminin məzmunu əhəmiyyətli dərəcə yeniləndi, Avropa kredit transfer sisteminin tətbiqinə və ali təhsildə bakalavriat, magistratura və doktorantura səviyyəsi üzrə kadr hazırlığına başlanıldı. Bu taleyüklü yeniliklər bir tərəfdən Azərbaycanın vahid Avropa ali təhsil məkanına inteqrasiyası, digər tərəfdən isə Azərbaycan ali təhsil sisteminin modernləşməsi üçün təməl rolu oynamalı və ən əsası keyfiyyətli kadr hazırlığını təmin etməli idi”.

Hikmət Əlizadə vurğulayıb ki, görülmüş işləri müstəqilliyin otuzillik zirvəsindən təhlil edəndə diqqətçəkən uğurlar hər birimizi sevindirir. Bu illər ərzində ölkəmiz Avropa ali təhsil məkanının bərabərhüquqlu üzvünə çevrilib, Azərbaycan ali təhsil müəssisələrinin fəaliyyəti Boloniya prosesinin tələbləri çərçivəsində qurulan Avropa kredit transfer sisteminin tətbiq olunması nəticəsində aparıcı universitetlərin qabaqcıl təcrübəsi ölkəmizə gətirilib. Yüksəkixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi nəticəsində universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi, müəllim və tələbə mobilliyinin həyata keçirilməsi ali təhsildə tədris prosesinin yeni keyfiyyət mərhələsinə qədəm qoymasına imkan verib.

Təhsil elə bir sahədir ki, onun nəticələrinin əldə edilməsi zaman kontekstində öz həllini tapır. Bu reallıqdan çıxış edərək, ölkəmizin və o cümlədən təhsilimizin inkişafı üçün qısa müddətdə prioritet ixtisaslar üzrə yeni kadrların hazırlanması məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edildi.

Professor Hikmət Əlizadə diqqətə çatdırıb ki, azərbaycanlı gənclərin digər ölkələrdə təhsil alması təcrübəsi ölkəmizdə ilk dəfə hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev tərəfindən aprobasiyadan uğurla keçib. Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildə SSRİ-nin geridə qalan aqrar respublikası olan Azərbaycanın qabaqcıl sənaye respublikasına çevrilməsində Ulu Öndərin bu uzaqgörən siyasətinin rolu az olmayıb. Nüfuzlu ali məktəblərdə təhsil alan azərbaycanlı gənclər öz ixtisasları üzrə səriştəli mütəxəssislər kimi müxtəlif sahələrdə uğurla fəaliyyət göstəriblər.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiqi bu istiqamətdə mühüm əhəmiyyət kəsb etdi. Proqram çərçivəsində azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə etdi. Bu gənclərin böyük əksəriyyəti təhsilini başa vurub geri qayıtdı və hazırda müxtəlif sahələrdə ölkəmizin davamlı və dinamik inkişafına öz töhfəsini verir.

2014-cü ildə Təhsil Nazirliyi tərəfindən kadr hazırlığının daha da yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən “SABAH” layihəsinə start verildi. Layihə özünəməxsusluğu ilə seçilir və yüksəkixtisaslı kadr hazırlığı baxımından uğurlu bir addımdır. Bu layihəyə əsasən ali məktəb tələbələri I kursun sonunda imtahan və müsahibə əsasında seçilir və təhsilini “SABAH” qruplarında davam etdirirlər. Öz bilik və bacarıqları ilə fərqlənən bu tələbələr auditoriyada daha güclü rəqabət mühitinə düşür. Layihəyə əsasən müəllimlər də müsahibə əsasında “SABAH” qruplarında dərs demək hüququ əldə edirlər. Nəticədə “SABAH” qruplarında təhsilin çətinləşdirilmiş məzmunda, interaktiv təlim metodları vasitəsilə tədris edilməsinə imkan yaranır. Bu onların daha keyfiyyətli mütəxəssis kimi hazırlanmasında mühüm rol oynayır.

Hikmət Əlizadə bildirib ki, ölkəmizdə ali təhsilin məzmununun təkmilləşdirilməsi və kadr hazırlığının keyfiyyətinin artırılması istiqamətində daim yeni addımlar atılır. Bu addımlardan biri də dünyanın nüfuzlu universitetləri ilə birgə reallaşdırılan ikili diplom proqramlarının tətbiq olunmasıdır. Dünyanın nüfuzlu universitetlərinin bu proqramın reallaşmasında maraqlı olması, ilk növbədə, ali təhsil müəssisələrimizin beynəlxalq nüfuzunun artmasının nəticəsi kimi dəyərləndirilməlidir: “İkili diplom proqramları böyük uğurlara imza atdı. Bu, ilk növbədə, xarici ölkələrin nüfuzlu universitetlərinin təhsil və elmi mühitinin ölkəmizə gətirilməsi deməkdir. İkili diplom proqramları çərçivəsində tələbələr bağlanmış müqaviləyə əsasən xarici ölkə universitetində təcrübə keçir, həmin universitetin nüfuzlu alimləri Bakıya gəlir, mühazirə və seminar məşğələləri aparırlar. Yüksək intellektual imkanları ilə fərqlənən azərbaycanlı gənclər onlar üçün yaradılan belə təhsil mühitindən daha yüksək səviyyədə yararlana bilir, tələb olunan yüksəkixtisaslı kadr kimi hazırlanırlar”.

İkili diplom proqramlarının uğurlu nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edildi. Bu proqram çərçivəsində ikili diplom proqramlarının həyata keçirilməsi daha da aktuallaşdı, yeni müqavilələrin imzalanmasına start verildi. Hazırda müxtəlif ali məktəblər tərəfindən xarici ölkələrin nüfuzlu universitetləri ilə ikili diplom proqramları üzrə müqavilə bağlanması istiqamətində danışıqlar davam etdirilir. Xarici ölkə ali məktəbləri ilə əlaqələr ikili diplom proqramları ilə məhdudlaşmır. Nüfuzlu universitetlərin təhsil mühiti ölkəmizə gətirilir – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları yaradılıb. Bu filialların fəaliyyəti ölkəmiz üçün daha keyfiyyətli kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlar ölkəmizdə təhsilin inkişafı və kadr hazırlığı işinin daim diqqət mərkəzində olduğunun göstəricisidir. Təhsil sahəsində görülən işlər iqtisadi potensialımızın insan kapitalına çevrilməsi müstəvisində yeni üfüqlər açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq