Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Son 10 ildə turizm sahəsinin inkişafına dövlət qayğısı

Son 10 ildə turizm sahəsinin inkişafına dövlət qayğısı

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan son illərdə iqtisadiyyatın bütün sahələrinin inkişaf etdiyi ölkəyə çevrilib. İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, turizm sahəsində də dövlət qayğısı hesabına bir sıra irəliləyişlər mövcuddur. Azərbaycan turizm baxımdan kifayət qədər geniş perspektivlərə malik olan ölkə hesab olunur. Ərazisinin nisbətən kiçikliyinə baxmayaraq, turizmin inkişafı üçün yetərli qədər təbii ehtiyatlara, maddi-texniki bazaya və tarixən formalaşmış mədəni irsə malik olması Azərbaycanı potensial turizm ölkəsinə çevirə biləcək amillər hesab olunur. Əlbəttə ki, bunlarla yanaşı, bu sahədə dövlət dəstəyi əsas məsələlərdən biri hesab olunur. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə turizm sahəsində bir sıra islahatlar aparılıb.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri dosent Hafiz Hüseynov söyləyib. O bildirib ki, Prezident İlham Əliyevin 2010-cu il 6 aprel tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2010 - 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olunub. Proqramını əsas məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi hesab olub. Dövlət proqramı çərçivəsində 2011-ci il Azərbaycanda “Turizm ili” elan olundu. “Turizm ili” çərçivəsində Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai Azərbaycana səfər edib və ölkədə bir sıra görüş, konfrans və seminarlar təşkil olunub. 2012-ci il dekabrın 29-da ölkə rəhbəri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Fərman imzaladı. Bu mühüm sənəd əsas strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifahın əldə edilməsinə istiqamətlənmişdi. 2012-ci ilin sonunda Qusarda “Şahdağ Qış-Yay Turizm Kompleksi”nin və 2014-cü ilin yanvarında Qəbələ şəhərində “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin istifadəyə verilməsi dövlət başçısı tərəfindən ölkəmizdə dağ-xizək və dağ-qış idman növlərinin inkişafı istiqamətində mühüm addımlar olub.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə “ASAN Viza” sistemi yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər.

Turizmin inkişafında mühüm addımlardan biri Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” hesab oluna bilər. Bu mühüm sənəddə ilk əvvəl 2020-ci, daha sonra isə 2025-ci ilə qədər turizmlə bağlı hədəflər (ümumilikdə 4 hədəf), prioritetlər və tədbirlər müəyyən olunub. Son illər dövlət səviyyəsində Azərbaycan turizminə göstərilən diqqətin bariz nümunəsi mübaliğəsiz olaraq Prezident İlham Əliyevin 2018-ci il 20 aprel tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması olub. Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrasını, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir. Agentlik tərəfindən 2023-cü ilə kimi regional turizmlə bağlı inkişaf strategiyasının hazırlanması, Azərbaycanın bölgələrdə Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun (ATB) yeni inzibati strukturunun yaradılması da daxil olmaqla, əsas layihələrin həyata keçirilməsi işləri davam etdirilir.

2018-ci ildə Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin və ATB-nin təşkilatçılığı ilə ilk Milli Turizm Sammiti keçirilərək Azərbaycanın qlobal bazarda tanıdılması üçün ilkin addım olaraq hazırlanan yeni turizm brendi təqdim olundu. Hazırda 20-yə yaxın ölkədə keçirilən beynəlxalq sərgi və təqdimatlarda “Take another look” (Bir daha bax) şüarına əsaslanan turizm brendi ölkənin turizm imkanlarının yeni tərzdə çatdırılmasında önəmli rol oynayıb və 20-dən çox beynəlxalq mükafata layiq görülüb.

H.Hüseynov qeyd edib ki, Azərbaycanın zəngin mədəni irsi nəzərə alınaraq, tarixi marşrutlar (məsələn, Böyük İpək Yolu, məşhur hərbi yürüşlər, tarixi döyüş yerləri və s.) mədəni turizmin bir hissəsi olmaqla, turizmə təsiri və potensialı baxımından xüsusilə əhəmiyyətli hesab olunur. Ölkədə bir sıra mədəni marşrutlar - “Böyük İpək Yolu” mədəni turizm marşrutu, eləcə də müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədilə “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri”, “Azərbaycanda polyak izləri”, “Babaların tarixi zəfər və şəhadət yolu” və Naxçıvanda “Nuhun gəmisi” təkmilləşdirilərək həyata keçirilir.

Biznes məqsədilə ölkə xaricinə səyahətləri əhatə edən işgüzar turizm müasir dövrdə turist axınının əsas tərkib hissəsi hesab edilir. Bu perspektivli turizm növünə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər arasında görüşlər, konqres tipli tədbirlər, habelə beynəlxalq sərgilərdə və yarmarkalarda iştirak kimi səyahət məqsədləri daxil edilir. İşgüzar turizmin inkişafı ölkədə məşğul əhalinin sayının artmasına və ÜDM-də turizm sektorunun xüsusi çəkisinin yüksəldilməsinə təsir göstərib, mövsümilik amilinin aradan qaldırılmasına təkan verəcəkdir. Bu sahədə Azərbaycan Turizm Bürosunun nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun (AzKB) və onun Fəxri Səfirlər Klubunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm istiqaməti kimi beynəlxalq səviyyədə tanıdılması və təbliği məqsədilə bir sıra işlər həyata keçirilir. Onlara beynəlxalq tədbirlərdə iştirak və Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Turizm Bürosu (ATB) hər il 30-a yaxın beynəlxalq turizm sərgisində iştirak edir. Berlində “ITB” və Londonda “WTM” kimi mühüm turizm sərgiləri, eləcə də Barselonada “IBTM World” və Frankfurtda “IMEX” kimi işgüzar tədbirlər (konqres, konfrans və sərgi) turizmi (MICE) ilə bağlı sərgilər də bunların arasında yer alır. Eyni zamanda, Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir.

“Azərbaycana gələn turistlərin sayı son 10 illikdə artmaqda davam edir. 2011-ci ildə Azərbaycana gələn turistlərin sayı 2,3 milyon nəfər təşkil edib. 2019-cu ildə Azərbaycana ümumilikdə 3,2 milyon turist gəlib ki, bu da 2018-ci illə müqayisədə rekord dərəcədə - 11,4 faiz çoxdur. Onlardan 932 mini Rusiyadan, 725 mini Gürcüstandan və 361mini Yaxın Şərq ölkələrindən gəlib. Azərbaycan İrandan 255 min nəfər, Mərkəzi və Cənubi Asiya ölkələrindən isə 249 min turist qəbul edib. 2020-2021-ci illərdə COVID-19 pandemiyası ilə əlaqədar olaraq turistlərin sayı kəskin azalıb. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların inkişafını təmin məqsədini rəhbər tutaraq, Prezident İlham Əliyev tərəfindən iqtisadi rayonların yeni bölgüsü həyata keçirilərək Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) iqtisadi rayonları yaradılıb. Bu iqtisadi rayonların təbii ehtiyatları, təbii gözəllikləri, tarixi abidələri gələcəkdə bu ərazidə turizmin bir çox növlərini inkişaf etdirmək imkanı verəcəkdir. Bu növlərdən mədəni-tarixi, rekreasiya, ekoloji turizm növlərini xüsusilə qeyd etmək olar. Bu bölgəyə bir çox turizm marşrutlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, bölgədə yerləşən bir çox dini abidələrin gələcəkdə bərpası burada həm dərketmə, həm də dini turizmin inkişafına təkan verəcəkdir. Yaradılan yol, nəqliyyat infrastrukturu hesabına (avtomobil yolu, dəmir yolu, hava limanı) burada həm daxili turistləri, həm də qonşu ölkələrdən (xüsusilə Türkiyə və İran) gələn xarici turistləri qəbul etmək imkanı olacaqdır”,- deyə Hafiz Hüseynov fikrini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Yəmənin cənub-qərbində baş verən partlayışda 4 əsgər həlak olub

Bürünc medalçı: Turnir ölkəmizdə keçirildiyi üçün qalib olmaq istəyirdim

Zelim Kotsoyev “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Avropa Kuboku: “Kür” komandası İtaliyanın “Jomi Salerno” klubu ilə cavab oyununa çıxıb

DİN-in əməkdaşı: Bakı Atıcılıq Mərkəzində təşkilatçılıq yüksək səviyyədə idi

TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub VİDEO

Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib VİDEO

Deputat Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib VİDEO

Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib

Anım Günü ərəfəsində Qəbələdə şəhid ailələri ziyarət olunur

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

BMT: Fransa müstəmləkələri müstəmləkəçiliyə son qoymağı tələb edirlər

Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışın qalibləri müəyyənləşib

Ulu Öndər Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı olub

Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO

Azərbaycan Qafqazda sülhün və inkişafın təminatçısıdır

Kaledoniyalılar arzularını reallaşdırmaq üçün müstəqillik tərəfdarını senator seçdilər

DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək

İtaliya Senatında Corcio Napolitano üçün cənazə otağı açılıb

Siciliya adasında meşə yanğınları iki nəfərin ölümünə səbəb olub

Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sabah Bakıda və bölgələrdə yağış yağacaq

FHN-nin xilasediciləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib VİDEO

Azərbaycan Aşıqlar Birliyinin katibi Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib

Ümummilli Liderin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam edir

Peru mətbuatında Qarabağ regionunda aparılan antiterror tədbirlərindən bəhs edilib

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

ABŞ-ın Atlanta şəhərində baş verən atışmada 3 nəfər ölüb

Türkiyənin İzmir şəhəri “Teknofest”ə hazırlaşır

Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib VİDEO

Qərbi Azərbaycan İcması “Human Rights Watch” təşkilatının hesabatına sərt münasibət bildirib

Gürcüstanda zəlzələ qeydə alınıb

Günəbaxan sahələrində məhsuldarlıq artıb

Sentyabrın 24-ü Beynəlxalq Lal-Karlar Günüdür

Deputat: Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını gücləndirir

Şəkidə tütünçülük sahəsində iki mindən çox sakinin məşğulluğu təmin olunub

Almaniya Polşa və Çexiya ilə sərhədlərə nəzarəti gücləndirir

Rus Dram Teatrında “Albalı bağı” tamaşasının premyerası olacaq

ABŞ prezidentliyinə namizəd: Ukraynanın NATO-ya daxil olması Vaşinqtonun maraqlarına cavab vermir

Livan sahillərində batan gəmidən 27 miqrant xilas edilib

BƏƏ İrandan körfəzdəki adalarının işğalına son qoymağı tələb edib

Roma Papası: Ukraynadakı müharibə həm də silah istehsalçılarına lazımdır

BMT-nin 78-ci sessiyasında söz və fikir azadlığı barədə səslənən fikirlər

İtaliya Avropada sığınacaq üçün ən çox müraciət edilən dördüncü ölkədir

ECO-ya üzv ölkələrin turizm nəzirlərinin Ərdəbildə görüşü keçiriləcək

Azərbaycanın və İranın XİN başçıları bölgədə son vəziyyəti müzakirə ediblər

Antonio Quterreş Qarabağdakı erməni silahlı birləşmələrinin tərk-silah prosesi barədə məlumatlandırılıb

Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib

Fransa vətəndaşları polis zorakılığına etiraz edirlər

Cəmil Quliyev: Həyatda ən çətin anlarımda Şahmar Ələkbərova müraciət etmişəm

Rusiya XİN-in başçısı: Sülhməramlılar Qarabağ erməniləri ilə Azərbaycan rəsmiləri arasında təmaslara kömək edirlər

Xalq artisti Şahmar Ələkbərovun xatirəsi anılıb

Sergey Lavrov: Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin vaxtı gəlib çatıb

Dünya çempionatı: Erməniyə qalib gələrək finala çıxan Azərbaycan güləşçisi Olimpiadaya lisenziya qazanıb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır VİDEO

Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi vacibdir

Birləşmiş Krallığın dövlət naziri antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırılıb

Nazir: Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil VİDEO

DİN: Qarabağda yaşayan erməniəsilli sakinlərin vətəndaşlıq məsələlərinə baxılması işi diqqətdə saxlanılır

Elşad Hacıyev: Qarabağda mülki əhaliyə qarşı xoşagəlməz halların baş verməməsi üçün bütün tədbirlər görülür

Anar Eyvazov: Qarabağda yaşayan azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət veririk

XİN: Azərbaycan Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir

BBC radiosunda Azərbaycanın antiterror tədbirlərindən sonra humanitar vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımlardan danışılıb

Ceyhun Bayramov: Otuzillik hərbi işğala baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib VİDEO

Nazir: Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib

Nazir: Azərbaycan çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır

XİN: Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir

Ceyhun Bayramov: Azərbaycan hökuməti qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edir

DİN: Qarabağın tam dekriminallaşması işi davam edir

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb

Riçardas Lapaytis: Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq

Anar Eyvazov: Azərbaycan Ordusu hazırda silahların və döyüş sursatlarının qəbul edilməsi prosesini aparır

Müdafiə Nazirliyi Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını açıqlayıb VİDEO

Anar Eyvazov: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib

Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər VİDEO  YENİLƏNİB

Zelim Tçkayev “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Hidayət Heydərov: Azarkeşlərin ümidini doğrultdum

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib  YENİLƏNİB VİDEO

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Ermənistanın böyük şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilir

Hidayət Heydərov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Fransa, Almaniya və Avropa İttifaqının ədalətsiz mövqeyi onların qərəzli siyasi məqsədlərini təsdiqləyir - ŞƏRH

Avropa Kuboku: "Kür" Mingəçevirdə İtaliyanın “Jomi Salerno" klubunu qəbul edir

Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışa start verilib

Corcio Napolitano ilə vida mərasimi sentyabrın 26-da keçiriləcək

Karyerasını bitirən Azərbaycan cüdoçuları ilə görüş keçirilib

Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri ölkəmizə səfər ediblər

T.S.Süleymanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yanvar-avqust aylarında pensiya ödənişlərinə 3 milyard 797 milyon manat vəsait yönəldilib

Jurnalistlərə lokal xarakterli antiterror tədbirləri zamanı informasiya sferasında atılmış addımlara dair məlumat verilib

Nazirlər Kabinetinin geniş iclası keçirilib

Ağdamdan Xankəndiyə yanacaq göndərilib VİDEO

Azərbaycanda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb

Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında Memorandum imzalanıb

Deputat: Azərbaycanın irəli sürdüyü təkliflər regionun və Qarabağda yaşayan vətəndaşların rifahına yönəlib

Prokurorluq əməkdaşları Abşeron rayonunda 1500-dən çox ağac əkib

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

Fransa İtaliya üzərindən mühacir axınının qarşısını almağa çalışır