SİYASƏT


Son 15 il ərzində Azərbaycan bütün sahələr üzrə böyük uğurlar qazanıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da YAP Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 15 illiyi ilə bağlı “Dövlətçiliyi yeni mərhələyə yüksəldən lider” adlı “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Pirallahı rayon təşkilatının sədr müavini, “Neft Daşları” NQÇİ-nin rəisi və ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin ötən 15 ildə Azərbaycanı bütün sahələr üzrə sürətli inkişafa doğru apardığını deyib. O əlavə edib ki, bu müddət ərzində Azərbaycan ardıcıl olaraq böyük uğurlar qazanıb. Prezident İlham Əliyev fəaliyyətinin ilk vaxtlarından bu günə qədər dövrün tələblərinə tam cavab verən və milli dövlət suverenliyini qoruyan proqramları uğurla həyata keçirir. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan Qərbdən tutmuş Şərqə qədər bütün dövlətlərlə əməkdaşlıq edir. Bu gün hansı layihədə Azərbaycan varsa, orada əməkdaşlıq və sülh var. Bu nailiyyətlərin 2003-cü ildən sonrakı memarı Prezident İlham Əliyevdir.

Tədbirdə çıxış edən “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatının sədr müavini Əhməd Musayev bütün sahələrdə olduğu kimi, sosial sahədə də uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası getdikcə genişlənib və əhalinin rifah halı daha da yaxşılaşıb.

Sonra “dəyirmi masa” iştirakçıları 15 il ərzində keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdən, Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.