İQTİSADİYYAT
Son 19 ayda “Azexport.az”a 790 milyon dollardan çox ixrac sifarişləri daxil olub
Bakı, 3 sentyabr, AZƏRTAC
Bu ilin iyul ayı ərzində "Azexport.az" portalına 31,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
"Ümumilikdə yanvar-iyul aylarında "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 315,5 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında "Azexport.az" portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 19 faiz artıb. 2017-ci ilin yanvar ayından bu il iyulun 31-dək "Azexport.az" portalına dünyanın 100 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 790,5 milyon dollar təşkil edib", - deyə R.Hüseyn bildirib.