İQTİSADİYYAT


Son 3 ayda SOCAR tərəfindən emal olunan neftin həcmi açıqlanıb

Son 3 ayda SOCAR tərəfindən emal olunan neftin həcmi açıqlanıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton neft emal olunub ki, bu da ötən ilin müvafiq aylarında olduğundan 46,5 faiz çoxdur.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bu kəskin artım ötən il Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılmış dövri təmir işlərinin məhz ilin üçüncü rübünə təsadüf etməsi ilə izah olunur. Bu ilin üçüncü rübündə isə zavod dövri təmirə dayanmayıb. Rüb ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 812 milyon kubmetr qaz emal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.