DÜNYA


Son aylarda Ukraynadan Slovakiyaya keçənlərin sayı 700 mini ötüb

Bratislava, 16 avqust, AZƏRTAC

Ukraynada hərbi əməliyyatlar başlayandan bu ölkədən Slovakiyaya keçənlərin sayı 700 min nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Slovakiyanın Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, son həftələrdə Slovakiya istiqamətində sərhədi hər gün təxminən 3-4 min nəfər keçir. Bununla da 5,5 milyon nəfər əhalisi olan Slovakiya əhali nisbətinə görə Aİ ölkələri arasında - müvəqqəti də olsa - ən çox ukraynalı qaçqın qəbul etmiş ölkədir. Polşa eyni dövrdə 3,7 milyon qaçqın qəbul etməyinə baxmayaraq, bu ölkənin əhalisi Slovakiyadan yeddi dəfə çoxdur.

Slovakiyanın rəsmi qurumları həmçinin bildiriblər ki, son aylarda Ukraynaya geri dönənlərin də sayı artıb: yarım milyon insan Slovakiya-Ukrayna sərhədini Ukrayna istiqamətində keçib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.