CƏMİYYƏT


Son bir ildə sosial xidmət müəssisələrindən 32 uşaq doğma ailələrinə qayıdıb

Bakı, 13 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1121 nəfər daimi dövlət təminatında yaşayır. Onlardan 294-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardan ibarətdir və fondun 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sosial xidmət müəssisələrdə yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi-reabilitasiya xidmətləri ilə təmin olunurlar. Həmin müəssisələrdə sakinlərin normal yaşayışı, habelə reabilitasiya tədbirlərinə cəlb edilmələri üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Eyni zamanda, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, ümumən sosial xidmət müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması sahəsində də işlər aparılır. Onu da qeyd edək ki, bəzən valideynlər həmin sosial müəssisələrdəki uşaqları ilə görüşə gələrkən, həmin müəssisələrdə aparılan reabilitasiya işləri nəticəsində övladlarının davranışında müsbət dəyişikliklər görərək onları yenidən ailələrinə qaytarırlar.

Görülən tədbirlər nəticəsində son bir ildə sosial xidmət müəssisələrindən 32 uşaq yenidən doğma ailələrinə qayıdıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.