DÜNYA


Son dörd ildə Filippində 8700 nəfər narkotik vasitə alverçisi öldürülüb

Cenevrə, 30 iyun, AZƏRTAC

Filippin hökumətinin 2016-cı ildə narkotik vasitə alverçilərinə qarşı elan etdiyi mübarizədə indiyədək təxminən 8700 nəfər öldürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı yayıb.

Ali Komissar Mişel Başelet İnsan Hüquqları Şurasının iclasında bildirib ki, bu ölkədə narkotik vasitələrlə əlaqəli olmasında şübhəli bilinən hər bir şəxsin polis tərəfindən öldürülməsinə, demək olar ki, tam sərbəstlik verilib. Rəsmi Manila cinayətkarların həbs olunaraq məsuliyyətə cəlb edilməsinə maraq göstərmir. Eyni zamanda, hesab olunur ki, öldürülənlər arasında 122 azyaşlı da var.

Filippin Ədliyyə Nazirliyinin videokonfransa qoşulan rəsmi nümayəndəsi isə bildirib ki, hökumət indiyədək baş vermiş beş min ölüm halı ilə əlaqədar yoxlamaların aparılması barədə göstəriş verib. Hüquq-mühafizə orqanlarının müdaxiləsi olmadan hazırlanan hesabat noyabrda təqdim olunmalıdır.

Qeyd edək ki, İşgəncələrə Qarşı Dünya Təşkilatı Cenevrədə toplantılarını keçirən BMT-nin İnsan Hüquqları Şurasını bu məsələ ilə bağlı təhqiqat aparılması üçün beynəlxalq komissiyanın yaradılmasına çağırıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.