DÜNYA


Son nəticələr Konqresin aşağı palatasında demokratların həlledici qələbəsini təsdiq edir

Vaşinqton, 7 noyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, aralıq seçkilər nəticəsində demokratlar ABŞ Nümayəndələr Palatasında balansı öz xeyrinə dəyişməyə müvəffəq olublar.

AZƏRTAC xəbər verir ki, son nəticədə demokratlar aşağı palatada respublikaçıların 201 yerinə qarşı 223 yerə sahib olublar, yəni respublikaçılardan 28 yer qoparmağa nail olublar. Senatda mənzərə başqadır. Yuxarı palatada respublikaçılar 2 yeri demokratların əlindən alıblar və nəzarət üçün zəruri olan 51 yeri əldə saxlaya biliblər. Beləliklə, demokratların Kolorado, Florida, Kanzas, Minnesota, Nyu-York, Pensilvaniya və Virciniya ştatlarında respublikaçılar üzərində qələbəsini onların əhəmiyyətli qələbəsi saymaq olar. Donald Tramp isə respublikaçıların Senatda qələbəsini “böyük müvəffəqiyyət” adlandırıb.

İctimai rəy sorğularına görə, seçicilərin çoxu Trampın siyasətinə müxalifətdə olduğunu nümayiş etdirmək üçün respublikaçıların əleyhinə səs verib. Seçicilərin 76 faizi bəyan edib ki, ABŞ Administrasiyasının siyasəti üzündən cəmiyyətdə parçalanmanın getdikcə daha da dərinləşməsi müşahidə olunur. Seçkilərdə iştirak edən respondentlərin böyük əksəriyyəti (41 faizi) bildirib ki, səhiyyə məsələsi ölkə administrasiyasının başlıca vəzifəsi olub, respondentlərin 23 faizi immiqrasiyanı başlıca amil hesab edib, 10 faizi fikrini ABŞ-da silah gəzdirilməsi məsələsi üzərində cəmləşdirib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.