DÜNYA


Son sutka ərzində İranda koronavirusdan 163 nəfər ölüb

Tehran, 9 avqust, AZƏRTAC

İranda yeni növ koronavirusa yoluxma və bu xəstəlikdən ölüm hallarının azalması müşahidə edilir. Son sutka ərzində 2020 nəfər virusa yoluxub, 163 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Bununla da İranda virusa yoluxanların ümumi sayı 362 min 712 nəfərə, ölənlərin sayı isə 18 min 427-yə çatıb.

Müalicəsi davam edən 4022 xəstənin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə İranda 284 min 371 nəfər bu xəstəlikdən sağalıb.

İranın 14 vilayəti hələ də qırmızı zonaya daxildir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.