DÜNYA


Son sutkada İranda koronavirusa 8 min 66 nəfər yoluxub, 80 nəfər ölüb

Tehran, 18 fevral, AZƏRTAC

Son sutka ərzində İranda koronavirusa 8 min 66 nəfər yoluxub, 80 nəfər isə ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 550 min 142 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 264-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 679 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 324 min 231 xəstə sağalaraq evə buraxılıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.