DÜNYA


Son sutkada Pakistanda 633 nəfər koronavirusa yoluxub

İslamabad, 22 sentyabr, AZƏRTAC

Son sutkada Pakistanda COVID-19-a 633 nəfər yoluxub, viruslu xəstələrin sayı 306 min 304 nəfər olub.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda virusdan 4 xəstə həyatını itirib və dünyasını dəyişənlərin sayı 6 min 420 nəfərə çatıb.

Bildirilir ki, hazırda xəstəxanalarda 7 min 15 pasiyent var, onların 556-nın vəziyyəti ağırdır.

Vurğulanır ki, bu günədək infeksiyadan 292 min 869 xəstə sağalaraq evə buraxılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.