İQTİSADİYYAT


Son üç ayda SOCAR 5 milyon tondan çox xam neft ixrac edib

Bakı, 15 iyul, AZƏRTAC

İkinci rübdə SOCAR tərəfindən xarici bazarlara 5 milyon tondan çox xam neft ixrac olunub.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ölkədən təbii qaz ixracı ümumilikdə 3 milyard kubmetrə yaxın olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz çoxdur. Bilavasitə SOCAR tərəfindən 138 milyon kubmetr qaz ixrac edilib.

Aprel-iyun aylarında neft emalı və neft-kimya məhsullarının ixracı isə təqribən 671 min ton olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.