DÜNYA


Sorğu: Vətəndaşların əksəriyyəti Ukraynada hadisələrin düzgün istiqamətdə inkişaf etdiyinə inanır

Sorğu: Vətəndaşların əksəriyyəti Ukraynada hadisələrin düzgün istiqamətdə inkişaf etdiyinə inanır

Kiyev, 25 yanvar, AZƏRTAC

Vətəndaşların əksəriyyəti, sorğuda iştirak edən respondentlərin 58,9 faizi Ukraynada hadisələrin düzgün istiqamətdə inkişaf etdiyinə inanır.

AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Razumkov Mərkəzinin sosioloji xidmətinin direktoru Andrey Bıçenko sorğunun nəticələrinə dair açıqlamasında söyləyib.

“Respondentlərin mütləq əksəriyyəti – 58,9 faizi ölkənin müharibə şəraitində olmasına baxmayaraq, Ukraynada hadisələrin düzgün istiqamətdə inkişaf etdiyi qənaətindədir”, - deyə o bildirib.

Respondentlərin 23,6 faizi hadisələrin yanlış istiqamətdə inkişaf etdiyini düşünür, 17,5 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.

Bundan əlavə, sorğu göstərib ki, respondentlərin 74,8 faizi 2022-ci ilin əvvəli ilə müqayisədə Ukraynanın beynəlxalq imicinin yaxşılığa doğru dəyişdiyinə inanır. Həmçinin vətəndaşların əksəriyyəti ölkənin müdafiə qabiliyyətinin dəyişməsini müsbət qiymətləndirir.

Bununla yanaşı, vətəndaşların 86,8 faizi ölkədə qiymət və tariflərin səviyyəsinin pisə doğru dəyişdiyini, 83 faizi isə Ukraynada iqtisadi vəziyyətin pisləşdiyini hesab edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.