CƏMİYYƏT
Sosial-İqtisad Kollecində uşaqların hüquqları barədə danışılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Sabunçu Rayon İcra Hakimiyyəti və rayon Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Sosial-İqtisad Kollecində “Uşaq hüquqları aylığı”na həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Səbinə Məmmədova açıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva, Respublika Qadınlar Şurasının sədri Bahar Qasımova, Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbahət Hümbətova və Qızıl Aypara Cəmiyyətinin rayon şöbəsinin sədri Elmira Melikova çıxış edərək uşaq hüquqlarından və onun qorunması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə söhbət açıblar.
Tədbirdə 5 nömrəli Füzuli rayonu qaçqın məktəbinin şagirdləri bədii-ədəbi kompozisiya ilə çıxış ediblər.