DÜNYA


Sosial məsafəni gözləmək və maska taxmaq barədə tələblər kollektiv immunitet yaranana qədər qüvvədə qalacaq

Praqa, 9 iyun, AZƏRTAC

Yay günlərində yoluxma riskinin nisbətən azalmasına baxmayaraq bütün Avropa İttifaqı məkanında maska taxmaq və sosial məsafəni gözləmək barədə tələblər əvvəlki kimi məcburidir.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyası bu haqda bəyanat qəbul edib. Komissiya hesab edir ki, məhdudiyyətləri bir qədər yumşaltmaq olar, lakin sosial məsafəni gözləmək və maska taxmaq tələbləri qüvvədə qalmalıdır. Siyasətçilər əmindirlər ki, virusun dövr etməsi üçün şərait var, cəmiyyətdə isə hələlik kollektiv immunitet formalaşmayıb.

Aparılmış rəy sorğuları göstərir ki, “Köhnə Dünya” sakinlərinin əksəriyyəti bir məsələni anlamır: əhalinin çoxunun immunizasiyadan keçməsinə baxmayaraq belə tələblər nə üçün qüvvədə qalmalıdır? Aİ məmurları isə izah edirlər ki, bu tələblərin ləğv edilməsi üçün əhalinin azı 60 faizi peyvənd edilməlidir. Yalnız bu həddi keçəndən sonra qismən kollektiv immunitet barədə danışmağa dəyər.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.