Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sosial şəbəkələrdə ermənilərlə döyüşənlər

Sosial şəbəkələrdə ermənilərlə döyüşənlər

Vətənpərvər istifadəçilər bu imkandan doğulduqları ölkəni qaralamaq üçün deyil, erməni yalanlarının ifşası üçün istifadə edirlər

Bakı, 23 may, AZƏRTAC

İnternet əsrinin yeni trendlərindən biri məhz sosial şəbəkələrdir. Sosial şəbəkələrin yaranması və kütləviləşməsi ilə informasiya mübadiləsi və müharibəsi yeni müstəviyə qədəm qoydu. Hər bir sosial şəbəkə istifadəçisi öz ölkəsinin maraqlarını müdafiə edir, öz mədəniyyətini təbliğ etməyə çalışır. Bəzən isə bunun əksi müşahidə olunur.

AZƏRTAC “Kaspi” qəzetinə istinadla xəbər verir ki, Azərbaycanın sosial şəbəkə fəalları, xüsusən də media mənsubları təkcə məişət mövzularında deyil, siyasi mövzularda da fəallıq nümayiş etdirirlər. Onlar sosial şəbəkələrdə müxtəlif xarici dillərdə Azərbaycan əleyhinə paylaşılan statuslara şərhlər yazaraq, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına çalışırlar. Xüsusilə də bədnam qonşularımızın erməni diasporunun nəzarətində olan saytlarda yaydıqları yalan və böhtanlara dərhal reaksiya verir, işğalçıların iç üzünü açırlar. Misal üçün, Ermənistanın təşkilatçılığı ilə Kolumbiya Universitetində keçiriləcək beynəlxalq konfransla bağlı paylaşıma azərbaycanlı sosial şəbəkə istifadəçisi "Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nurlan Qələndərli dərhal reaksiya verib. O, Ermənistanın müstəqil dövlət olmadığını, bu ölkənin müxtəlif dövlətlər və siyasi dairələrdən asılı olduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistanın əsas siyasəti işğaldır və bu işğalçı ölkə Azərbaycan torpaqlarını işğal edib. AZƏRTAC-ın əməkdaşı Vəfa Quliyeva isə Ermənistanın yeni baş naziri Paşinyanın müəyyən dairələrin maliyyə dəstəyi ilə hakimiyyətə gəldiyini yazıb. O bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda şəffaf və azad seçkilər keçirilib, demokratik pozuntular qeydə alınmayıb və xalq öz prezidentini demokratik yolla seçib. O, Azərbaycan Prezidenti İlham Əliyevə dünyanın hər yerindən təbrik məktubları gəldiyini, bununla da beynəlxalq aləmdə Azərbaycanda keçirilən seçkilərin şəffaflığına şübhə edilmədiyini xatırladıb.

Bundan başqa, "Facebook”da ermənilərə məxsus "ANCA” səhifəsində Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv, ictimai rəyi çaşdırmağa hesablanmış status paylaşılıb. ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubdan sitat gətirən ermənilər, guya bu məktubda yeni prezidentin Amerika dövlət başçısı tərəfindən təbrik edilmədiyini sübut etməyə çalışıblar. Halbuki, aprelin 27-də göndərilən həmin məktubda Donald Tramp azərbaycanlı həmkarına "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə” deyərək müraciət edir, "Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə onunla birgə işləmək əzmində” olduğunu diqqətə çatdırır. Eyni zamanda ABŞ prezidenti dövlət başçısı İlham Əliyevlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə biləcəklərini diqqətə çatdırıb. Vurğulayıb ki, korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş də bu səylərə töhfə verəcək. Məktubun sonunda D.Tramp səmimiyyətlə Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən xoş arzularını çatdırıb. Bu məktubun mətnindən də göründüyü kimi Amerika dövlət başçısı Azərbaycan Prezidentinin, xalqımızın ünvanına hər hansı qeyri-etik, təhqir sayılacaq ifadə işlətməyib. Amma erməni dezinformasiya maşını bu məktubun mətnini təhrif edərək, beynəlxalq aləmdə özlərinə uyğun şəkildə rəy formalaşdırmaq istəyiblər.

Bu cəhdin qarşısı da azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən alınıb. Vəfa G-va "ANCA”nın həmin paylaşımına rəy yazaraq, belə dezinformasiyalarla ermənilərin özlərini gülünc və yazıq vəziyyətə saldığını xatırladıb. Bildirib ki, D.Tramp Prezident seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib. Eyni zamanda Ermənistandakı seçkilərdə pozuntu, saxtakarlıq və toqquşmaların olduğunu, bunun da beynəlxalq aləm tərəfindən müşahidə edildiyini qeyd edib. Belə olan halda onların demokratiyadan danışmasını absurd hesab edib.

Fakt qarşısında qalan ermənilər cavab vermək üçün tutarlı arqument tapmadıqlarından azərbaycanlı sosial şəbəkə istifadəçilərinə səslənərək "ANCA” səhifəsindən çıxmalarını, orada paylaşılan postları təhlil etməməyi tələb ediblər. Misal üçün, Nev Nevi adlı erməni, "Siz niyə bu səhifədəsiniz? Postları təhlil etməyi qurtarın və gedin işinizlə məşğul olun”, - yazıb. Başqa bir erməni John Tashjian, "Bunlar Azəri rejimi tərəfindən pul ödənilən trollardır”, - yazaraq, azərbaycanlıların gətirdiyi arqumentləri şübhə altına salmaq istəyib. Vefa G-va isə bunlara cavab olaraq bildirib ki, "Nə vaxt siz Azərbaycanı təhlil etməyi dayandıracaqsınız, o zaman biz də sizin postları təhlil etməyi dayandıracağıq”, - yazıb. Əlavə edib ki, onlar trol deyil, öz ölkəsini və onun rəhbərliyini sevən azərbaycanlılardırlar. Vefa G-va ermənilərə səslənərək yalan danışmağı dayandırmağı tələb edib. Yazıb ki, ermənilər Amerika Prezidentinin Azərbaycan dövlət başçısına ünvanladığı təbrik məktubunu təhlil etməkdənsə, hazırda Ermənistanda olan problemləri və onların həlli yollarını təhlil etsinlər. Ardınca qeyd edib ki, Azərbaycan dünya ölkələri üçün nümunədir və Azərbaycan Avropanın Cənubi Qafqazda yeganə etibarlı strateji tərəfdaşıdır. Vefa G-va bu bəyanatın görkəmli şəxslər, rəsmi dairələr tərəfindən dəfələrlə səsləndirildiyini diqqətə çatdırıb. Ermənilərə səslənərək buna qısqanclıqla yanaşmamağı, öz ölkələri və hökumətləri ilə məşğul olmağı, Azərbaycan haqqında düşünməməyi, Ermənistandakı xaosdan qurtulmağın yollarını aramağı tövsiyə edib. Yazılanlardan qıcıqlanan erməni Sharis Aghoorian İslam sözünün hər hansı kontekstdə demokratiya ilə birlikdə səslənə bilmədiyini, Azərbaycanın dünya ölkələri üçün model olmadığını yazıb, ironik suallar ünvanlayıb. Susanna Toneryan adlı erməni gözəlçə də ona qahmar çıxaraq, guya Ermənistanda dinc inqilab baş verdiyini, sonda demokratiyanın qalib gəldiyini yazıb. Vefa G-va Sharis Aghoorianın və onun dəstəkçisinin hər zamankı kimi öz erməni təbiətlərini göstərdiklərini qeyd etməklə onları yerində oturdub. Azərbaycan xalqının öz hökuməti və liderindən məmnun olduğunu xatırladan Vefa G-va ermənilərə səslənərək burunlarını Azərbaycanın işlərinə soxmamağa çağırıb. Yazıb ki, Ermənistanın öz problemləri yetərincədir.

"ANCA”nın başqa bir paylaşımında Azərbaycanın 1969-cu ildən guya bir ailə tərəfindən idarə edildiyi ictimailəşdirilib. Buna cavab olaraq "İki Sahil” qəzetinin əməkdaşı Leyla Sheikhaliyeva qorxaq ermənilərin yenə də heç bir həqiqətə əsaslanmadan Azərbaycan haqqında danışdıqlarını, ölkəmiz barədə yalnız boşboğazlıq etdiklərini xatırladıb. Eyni zamanda vurğulayıb ki, məşhur porno ulduz Kim Kardaşyan Ermənistandan daha yaşlı və daha populyardır. O, Ermənistanın heç zaman ölkə olmadığını, saxta bir xalqdan ibarət olduğunu qeyd edib. Görünür Leylanın bu şərhi ermənilərin möhkəm hidətləndirib. ANCA səhifəsi Leylanın şərhini yeni status kimi paylaşıb. Bundan sonra George Hartunian, Serj Bedrossian küçə söyüşləri ilə xanımların üstünə əsl hücuma keçiblər. Adətən arqumentlərin qurtardığı yerdə söyüş başlandığını yaxşı dərk edən azərbaycanlı sosial şəbəkə istifadəçiləri onları fakt qarşısında qoymaqla daha da özlərindən çıxarıblar. Zeyn Abdullah adlı azərbaycanlı ermənilərin Azərbaycan və Türkiyəyə, həmçinin hər iki ölkənin əldə etdiyi uğurlara qısqanclıqla yanaşdığını qeyd edib. Bildirib ki, Azərbaycan böyük və güclü lider İlham Əliyev tərəfindən idarə edilir, ümummilli lider Heydər Əliyevin Azərbaycanı dünyada məşhur edən siyasəti davam etdirilir. Ermənistanın isə küçə etirazçıları tərəfindən idarə edildiyini, günü-gündən geriləyərək dağıldığını, tənəzzül etdiyini yazıb. O, ermənilərə səslənərək birinci öz çatışmazlıqlarını görməyə, yalnız bundan sonra başqalarında nə isə axtarmağı tövsiyə edib. Vurğulayıb ki, Ermənistan bütün dünyada işğalçı və terrorist dövlət kimi tanınır. O, dahi rus şairi Puşkinin söylədiyi, "Sən qorxaqsan, sən köləsən, sən ermənisən”, - fikrini sitat gətirib. Daha sonra Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlı bir dövlətin yaradıldığını, ermənilərin Hindistan qaraçıları olduqlarını, Azərbaycanda məskunlaşdıqdan sonra aborigen əhaliyə qarşı qətliamlar, soyqırımlar törətdiklərini qeyd edib. Vurğulayıb ki, Azərbaycanın uğurlarını görmək istəsəniz google.az axtarış sistemində axtarış edib tanış ola bilərlər. "Səs” qəzetinin əməkdaşı Samirə Cəfərli də erməniləri yerində oturdacaq şərh yazıb. Vefa G-va adlı istifadəçi Azərbaycan xalqına və tarixinə dil uzadan Armina Saribekyan və Hasmig Babahekaina cavab olaraq qeyd edib ki, əgər sən öz "hörmətli” xalqın haqqında həqiqəti bilmək istəyirsənsə, Puşkini, Mayakovskini və daha neçə-neçə məşhurların ermənilər barədə təsvirlərini oxusun.

Adrian Kromelian, Gnun Martirosyan, Gegham Mosinyan və başqa ermənilərinin Azərbaycan tarixi barədə sərsəmləmələrinə tutarlı faktlarla cavab verən Nurlan Qələndərli ermənilərin terrorçu və işğalçı olduğunu qeyd edib. Bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası bununla bağlı 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Həmin qətnamələrdə işğalçılar pislənib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənib, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri bir daha təsdiqlənib. Nurlan vurğulayıb ki, işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və bütün bu faktlar tarixi reallıqdır. Bildirib ki, Ermənistan sərhəd ərazilərdə sabotaj yaratmağa çalışır, sivil vətəndaşları hədəfə alır. 2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan silahlı birləşmələrinin azərbaycanlılar yaşayan kəndləri top və raket atəşinə tutması, 6 sivil vətəndaşın həlak olması buna əyani sübutdur. Son olaraq vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında fərqlərdən biri Azərbaycanın konstitusional və demokratik dövlət olmasıdır. Bu ölkədə qanunun aliliyi təmin edilib. Konstitusiya normalarına uyğun olaraq, müstəqil qanunvericilik, icra və ədliyyə strukturu təmin edilib. Lakin Ermənistan qeyri-demokratik, işğalçı bir dövlətdir.

Azərbaycanlı sosial şəbəkə fəalları ermenihaber.com, The Armeniian Weekly, AGBU və digər səhifələrdə də buna oxşar yazışmalarla fəallıq göstərməkdədirlər. Biz onların arasından yalnız bir neçəsini seçib oxuculara təqdim etdik. Bütün bu yazışmalar bir daha onu göstərir ki, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan, oradan ölkəmiz əleyhinə sosial şəbəkələrdə qarayaxma kampaniyası aparan bəzi "azərbaycanlılardan” fərqli olaraq, əsl vətənpərvər Azərbaycan gəncliyi və mediası sosial şəbəkələrdə ölkəmizin maraqlarını qoruyur, ermənilərə qarşı müqavimət göstərirlər. Bununla onlar Azərbaycan xalqının, onun dövlətçiliyinin, milli maraqlarının keşiyində ideoloji cəbhənin əsgərləri kimi mübarizə aparır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün vətəndaşlıq yanğısı nümayiş etdirirlər. Deməli sosial şəbəkələrdən bu cür də istifadə etmək olar. Necə deyərlər bıçaq qatilin əlində olanda can alır amma həkimin əlində həyat qurtaran vasitəyə çevrilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında