Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın qəbul edilməsi və Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Beynəlxalq Əmək Təşkilatının (BƏT), BMT İnkişaf Proqramının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq Layiqli Əmək üzrə yeni Ölkə Proqramının qəbul olunmasının ölkəmizin sosial-iqtisadi həyatında mühüm hadisə olduğunu qeyd edib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin hər bir vətəndaşın sosial firavanlığının təminatına xidmət edən siyasətinin ölkədə layiqli əməyin təminatı sahəsində də mühüm addımların atılmasına şərait yaratdığını vurğulayıb.

S.Müslümov bildirib ki, respublikada davamlı tərəqqi prosesləri, dünya iqtisadiyyatına sürətli inteqrasiya, transmilli korporasiyaların geniş miqyaslı fəaliyyəti, sahibkarlığın inkişafına hərtərəfli şəraitin yaradılması sosial-iqtisadi məsələlərin həlli məqsədilə uzunmüddətli beynəlxalq və dövlət proqramlarının qəbul edilməsini aktuallaşdırır. Bu pozitiv proseslər eyni zamanda milli əmək hüquqları sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsini, həmin məsələlərin həllinə sosial tərəfdaşların daha yaxından cəlb edilməsini zəruri edib: “Ötən dövr ərzində BƏT-lə əməkdaşlıq çərçivəsində ölkədə məşğulluq strategiyası və onun icrasına dair dövlət proqramları qəbul edilib. Əhalinin məşğulluğu, yoxsulluğun aradan qaldırılması üzrə siyasətlər formalaşdırılıb. Respublikanın əmək qanunvericiliyi sistemi təkmilləşdirilib, əmək münasibətlərinin tərəflərin hüquq bərabərliyi prinsipi üzrə qurulması təmin edilib. Müstəqillik və könüllülük prinsipləri əsasında müəssisə səviyyəsində kollektiv müqavilələrin, sahə səviyyəsində sahə kollektiv sazişlərin bağlanılması geniş vüsət alıb. Ölkə üzrə dövri olaraq üçtərəfli qaydada Baş Kollektiv Sazişlər bağlanıb. Sosial partnyorlar qarşıya çıxan bir çox sosial-iqtisadi məsələlərin həllində öz mövqeyini nümayiş etdiriblər və BƏT həmin məsələlərin həlli sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə öz töhfəsini verib”.

Yeni qəbul edilən “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın xüsusi önəmini vurğulayan nazir qeyd edib ki, Proqramda qarşıya qoyulan bir sıra sosial-iqtisadi məsələlərin həlli beynəlxalq təcrübəyə, iqtisadiyyatı inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin təcrübəsinə əsaslanacaq: “BƏT isə həm beynəlxalq təcrübə mübadiləsi, həm siyasətlərin müəyyənləşdirilməsi, həm də nəzərdə tutulan texniki dəstək baxımından yardım göstərəcək”.

S.Müslümov bu sənədin BƏT-lə əməkdaşlıq çərçivəsində qəbul edilən artıq ikinci Ölkə Proqramı olduğunu, bundan əvvəl isə 2006-2009-cu illər üzrə proqramın icra edildiyini diqqətə çatdırıb: “Hazırda qəbul edilən “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın prioritetləri beynəlxalq əmək normalarının və əmək sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialoqun inkişafı, əmək bazarında aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi vasitəsi ilə məşğulluğun artırılmasıdır. Eyni zamanda, sahibkarlıq imkanlarının genişləndirilməsi, əməyin mühafizəsinin gücləndirilməsi və sosial müdafiə sisteminin genişləndirilməsi də Proqramın prioritetləri sırasındadır. Ölkə Proqramında layiqli iş yerlərini və inklüziv artımı təşviq edən milli məşğulluq strategiyasının formalaşdırılaraq həyata keçirilməsi, gənclərə yönəlmiş aktiv əmək bazarı və özünüməşğulluqla bağlı əmək bazarı proqramlarının hazırlanaraq icrasının sosial tərəfdaşlarla birgə təmin edilməsi nəzərdə tutulur. Sığorta prinsiplərinə əsaslanan yeni işsizlikdən sığorta sisteminin tətbiqi, əməyin idarə edilməsi və sosial dialoq mexanizminin gücləndirilməsi, ölkədə sosial-iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın təsis edilməsi, əməyin mühafizəsi strategiyasının hazırlanaraq həyata keçirilməsi, gələcək dövr üçün mühüm önəm kəsb edən bir sıra sosial-iqtisadi məsələlər də Proqramda əhatə olunub”.

Nazir bildirib ki, sоsial-iqtisadi sabitliyin təmin olunmasında, bir sıra vacib sosial-iqtisadi məsələlərin həllində sosial partnyorların fəaliyyətinin daha sıx formada əlaqələndirilməsi, işçilərin və işəgötürənlərin mövqeyinin yüksək səviyyədə nəzərə alınması sosial tarazlığın təmin edilməsi və davamlı olması üçün vacibdir: “Sosial partnyorluq sistemini inkişaf etdirmək, sosial-iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsi məsələlərinə sosial tərəfdaşları cəlb etmək, bu məsələlərin həlli məqsədilə sosial tərəfdaşlarla məsləhətləşmələr aparmaq, sosial-əmək münasibətləri sahəsində siyasəti sosial tərəfdaşların iştirakı ilə formalaşdırmaq demokratik dövlət quruculuğunun əsas istiqamətlərindən biridir”.

Ölkədə ilk dəfə olaraq 2001-2002-ci illər üçün Bаş Kоllеktiv Sаzişin üçtərəfli formada bаğlаndığını qeyd edən S.Müslümov sonrakı illərdə müvafiq qaydada Bаş Kоllеktiv Sаzişin bağlandığını diqqətə çatdırıb. O bildirib ki, son dövrlərin Baş Kollektiv Sazişlərində sosial partnyorlar sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın yaradılması barədə öhdəlik qəbul ediblər və bu öhdəliyin yerinə yetirilməsi üçün təşəbbüs göstəriblər. Sosial partnyorların təşəbbüsü ilə bu sahədə beynəlxalq təcrübə də öyrənilib, BƏT ekspertləri ilə məsləhətləşmələr aparılıb, dəyirmi masalar və seminarlar keçirilib: “Hazırda dünyanın bir sıra inkişaf etmiş dövlətlərində, eləcə də Avropa İttifaqına üzv dövlətlərin 19-da (İspaniya, Portuqaliya, Fransa, Türkiyə, Çexiya, Slovakiya, Polşa, Macarıstan, Sloveniya, Rumıniya, İtaliya, Rusiya, Ukrayna, Moldova və s.) üçtərəfli komissiyalar və ya şuralar fəaliyyət göstərir”.

Nazir sosial partnyorlar tərəfindən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnamə layihəsinin hazırlanaraq, aidiyyəti qurumların rəy və təklifləri əsasında təkmilləşdirildiyini qeyd edib, onun artıq həm sosial partnyorlar, həm də dövlət strukturları ilə razılaşdırıldığını bildirib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi məqsədilə sosial tərəfdaşların birgə qərarının Nazirlər Kabineti adından imzalanması səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib”. S.Müslümov qeyd edib ki, BƏT-in rəhbərliyi, BƏT-in Baş direktoru Qay Rayder, bu qurumun Layiqli əməyin texniki dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Bürosunun rəhbərliyi tərəfindən həmin Komissiyanın yaradılması ölkədə milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun inkişaf etdirilməsi istiqamətində yeni mərhələ kimi yüksək qiymətləndirilib.

Nazir Üçtərəfli Komissiyanın yaradılması, eləcə də Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanması istiqamətində məsləhətləşmələrdə öz köməyini göstərən BƏT rəhbərliyinə və ekspertlərinə minnətdarlığını ifadə edib: “Bu Komissiya öz fəaliyyəti ilə ölkədə demokratik prinsiplərin tətbiqi və möhkəmləndirilməsinə, vətəndaş cəmiyyətinin ölkə həyatında iştirakının genişləndirilməsinə, ölkə resurslarının daha səmərəli və mütərəqqi üsullarla idarə edilməsi və istifadəsi istiqamətində aparılan siyasətə dəstək verəcək. Komissiya sosial partnyorluq münasibətləri çərçivəsində baxılan məsələləri yeni, daha yüksək müstəviyə çıxaracaq”.

AHİK-in sədri Səttar Mehbalıyev yeni qəbul edilən Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanması işlərində sosial tərəfdaşlarla birgə Konfederasiya tərəfindən görülən işlər barədə məlumat verib. S.Mehbalıyev bu sənədin müvafiq sahədə qabaqcıl dünya təcrübəsi əsasında təkmil formada hazırlandığını və layiqli əməyin təmin edilməsi sahəsində növbəti irəliləyişlərə zəmin yaratdığını, sosial tərəfdaşlarla səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəldiyini vurğulayıb. O, Proqramın uğurla icra edilməsi üçün sosial tərəfdaşların gələcək fəaliyyətlərinin də məqsədyönlü olacağına əminliyini ifadə edib.

ASK-nın prezidenti Məmməd Musayev iqtisadiyyatın inkişafı, əməyin məhsuldarlığının artırılması baxımından da layiqli əmək amilinin əhəmiyyətini qeyd edib. O, “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nda əhatə olunan prioritetlərin uğurla yerinə yetirilməsi üçün sosial tərəfdaşlıq çərçivəsində öz töhfələrini vermək, yaradılan Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətində daim fəal iştirak etmək əzmində olduqlarını vurğulayıb.

BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Köler ölkəmizin BƏT-lə əməkdaşlığının yeni Ölkə Proqramının qəbul olunması, Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi ilə yeni bir inkişaf mərhələsinə daxil olduğunu bildirib. H.Köler ölkəmizdə sosial-iqtisadi inkişaf proseslərinin, əmək və sosial müdafiə, sosial partnyorluq sahəsində əldə olunmuş müsbət təcrübənin yeni Ölkə Proqramının uğurlu icrasına, Üçtərəfli Komissiyanın səmərəli fəaliyyətinə imkan yaradacağını, bu proseslərdə BƏT-in həmişə müvafiq dəstəyi verəcəyini qeyd edib.

Daha sonra Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” və Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması barədə birgə sənəd imzalanıb. Eyni zamanda Komissiyanın Əsasnaməsi təsdiq edilib və Komissiyanın üzvləri seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər