ELM VƏ TƏHSİL
“Sosioloji hüquqşünaslığın tarixi aspektləri” kitabı yenidən nəşr edilib
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq üzrə elmlər doktoru Aqşin Quliyevin “Sosioloji hüquqşünaslığın tarixi aspektləri” kitabı yenidən nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda hüquq sosiologiyasının yaranması, formalaşması və inkişafının tarixi aspektləri nəzərdən keçirilir, sosioloji hüquqşünaslığın yaranması tarixinin dövrləri, fəlsəfi-hüquqi, siyasi-hüquqi və elmi əsasları təhlil edilir. Tədqiqat əsərində sosioloji hüquqşünaslığın formalaşması prosesinə, klassik sosioloji hüquqşünaslıq məsələlərinə və s. problemlərə diqqət yetirilir.
Kitab ali məktəblərin hüquq, sosiologiya fakültələrinin tələbləri, aspirantlar, müəllimlər və sosioloqlar üçün nəzərdə tutulub. Tədqiqat əsərindən hüquq sosiologiyası və onun inkişaf tarixi ilə maraqlananlar da faydalana bilər.