SİYASƏT


Şota Rexviaşvili: Biz, Gürcüstan vətəndaşları Heydər Əliyevin əziz xatirəsini hər zaman anırıq

Tbilisi, 12 dekabr, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi Gürcüstan xalqı üçün də əzizdir. Heydər Əliyev hər zaman Gürcüstan dövlətinə və xalqına böyük dəstək verib və biz bunu unutmuruq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Kvemo Kartli – Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili söyləyib.

Qubernator deyib ki, dahi şəxsiyyət olan Heydər Əliyev Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında mühüm rol oynayıb: “Heydər Əliyevin Gürcüstanın inkişafında da danılmaz xidmətləri olub. Məhz Heydər Əliyevin təşəbbüsü ilə çox mühüm regional layihələr həyata keçirilib. Bu layihələrdə Azərbaycan və Gürcüstan birgə iştirakı edirlər. Böyük İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi iri layihələr Gürcüstanın suverenliyinin möhkəmlənməsinə xidmət edib. Biz, Gürcüstan vətəndaşları Heydər Əliyevin əziz xatirəsini hər zaman anırıq və ona təşəkkür edirik”. Qubernator Gürcüstan və Azərbaycan arasında mövcud əlaqələrin bu gün də uğurla inkişaf etdiyini və daha da genişləndiyini vurğulayıb. O, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq arzu edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.