DÜNYA


Şotlandiyada dörd nəfər koronavirusa tutulma ehtimalına görə tibbi testlərdən keçirilib

London, 24 yanvar , AZƏRTAC

Şotlandiyada dörd nəfər koronavirusa tutulma ehtimalına görə tibbi yoxlamalardan keçirilib.

AZƏRTAC xəbər verir ki, onlar iki həftə öncə Çinin Uxan şəhərindən Şotlandiyaya gələn şəxslərdir.

Edinburq Universitetinin infeksiya tibb şöbəsinin müdiri professor Yurgen Has yoxlananların üçünün paytaxt Edinburqda, digərinin isə Qlazqo şəhərində olduğunu söyləyib.

Professorun məlumatına görə , Böyük Britaniyanın digər şəhərlərində virusa tutulanların sayı daha çoxdur.

Baş Nazir Boris Consonun nümayəndəsi , dörd Çin vətəndaşının Şotlandiyada koronavirus üçün sınaqdan keçirildiyini təsdiqləyib və testlərin sırf ehtiyat üçün keçirildiyini qeyd edib.

Xatırladaq ki, indiyədək Çində virusa yoluxanların sayı 630-a çatıb, ölənlərin sayı isə 17 nəfərdir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.