CƏMİYYƏT


Soyğunçuluqda şübhəli bilinən Yevlax rayon sakini yaxalanıb

Bakı, 16 noyabr, AZƏRTAC

Nizami rayonunda soyğunçuluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 24-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N.Şərifovun mobil telefonunu soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Yevlax rayon sakini D.Rüstəmzadə saxlanılıb.

Onunla bağlı aparılmış tədbirlər nəticəsində həmin şəxsin rayon ərazisində daha bir avtomobildən iki ədəd mobil telefon oğurlaması da müəyyənləşdirilib.

Faktla bağlı təhqiqat davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.