İDMAN


“Sparkassen Chess-Meeting”: Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyir

Bakı, 17 iyul, AZƏRTAC

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən “Sparkassen Chess-Meeting” Beynəlxalq Şahmat Turnirinin üçüncü turu başa çatıb.

AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov üçüncü turda Riçard Rapportla (Macarıstan) qarşılaşmasında xalları yarı bölüb.

Qeyd edək ki, şahmatçımız ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə edib. İkinci turda isə almaniyalı Liviu Dieter Nisipeanunu məğlub edib. Üç turun nəticəsinə görə, şahmatçımızın aktivində 2 xal var.

Beynəlxalq turnir iyulun 21-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.