İQTİSADİYYAT


Statistik vahidlərin sayı 141 min 949-a çatıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 8,9 faiz artaraq oktyabrın 1-nə 141 min 949-a çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artım iqtisadiyyatın “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Peşə, elmi və texniki fəaliyyət”, “Emal sənayesi” və “İnformasiya və rabitə” sahələrində nəzərəçarpacaq dərəcədədir. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olub. Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (29,7 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (20,3 faiz), “Tikinti” (10 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (8,1 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (6,8 faiz) və “Emal sənayesi” (5,7 faiz) sahələrinin payına düşür.

Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (26 faiz), İran (10,3 faiz), Rusiya (5,8 faiz), Böyük Britaniya (5,7 faiz), ABŞ (2,2 faiz) və Almaniya (1,4 faiz) ölkələrinin sahibkarları tərəfindən yaradılıb. Hesabat dövründə ləğv edilmiş statistik vahidlərin 18,8 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 13,9 faizi (hər birində) “Maliyyə və sığorta fəaliyyəti” və “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 13,4 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,4 faizi “Tikinti”, 5,5 faizi (hər birində) “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Dövlət idarəetməsi və müdafiə; sosial təminat” sahələrində, qalanları isə digər bölmələrin payına düşür. Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 37,3 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 20,7 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 7,1 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 6,6 faizi “Tikinti”, 6,1 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 4,9 faizi “Emal sənayesi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür. Eyni zamanda, yeni yaradılmış statistik vahidlərin 99 faizi xüsusi mülkiyyətli (o cümlədən 14,3 faizi tam xarici investisiyalı, 2,1 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə mülkiyyətli, 0,9 faizi isə dövlət mülkiyyətli müəssisələrdir. Qeydiyyatda olan statistik vahidlərin 57,9 faizi Bakıda yerləşib.

Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 84 faizi Bakıda, 4,4 faizi Abşeron, 3,9 faizi Aran, 2,3 faizi Gəncə-Qazax, 1,4 faizi Quba-Xaçmaz, 1,3 faizi Lənkəran və qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (12,2 faiz), Abşeron iqtisadi rayonunda (5,4 faiz), Quba-Xaçmaz iqtisadi rayonunda (3,7 faiz), Gəncə-Qazax iqtisadi rayonunda (3,3 faiz), Naxçıvan Muxtar Respublikasında (3,1 faiz), Dağlıq Şirvan iqtisadi rayonunda (2,8 faiz), Yuxarı Qarabağ və Aran iqtisadi rayonlarında (hər birində 2,7 faiz) daha fəal olub.

Bu dövrdə Bakı şəhəri üzrə 276, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 26, Abşeron iqtisadi rayonu üzrə 24, Aran iqtisadi rayonu üzrə 20, Gəncə-Qazax iqtisadi rayonu üzrə 15, Naxçıvan Muxtar Respublikası üzrə 13, Lənkəran iqtisadi rayonu üzrə 12, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 7, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 6, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 4 və Kəlbəcər-Laçın iqtisadi rayonunda 1 statistik vahid ləğv edilib.

Oktyabrın 1-nə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında müəyyən olunub. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 92,2 faizini mikro müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (31,8 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (16,9 faiz), tikinti (10,5 faiz) və kənd təsərrüfatı (8,5 faiz) sahələrində yaradılıb. Kommersiya təşkilatlarının ümumi sayının 5,2 faizini kiçik müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (27,2 faiz), tikinti (12,5 faiz), emal sənayesi (10,1 faiz) və peşə, elmi və texniki fəaliyyət (6,9 faiz) sahələrindəndir.

Kommersiya təşkilatlarının ümumi sayının 2,1 faizini orta müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (23,4 faiz), tikinti (17,2 faiz), emal sənayesi (10,9 faiz) və nəqliyyat və anbar təsərrüfatı (6,1 faiz) sahələrində yaradılıb. Kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (17,4 faiz), emal sənayesi (14,8 faiz), tikinti (13,3 faiz) və nəqliyyat və anbar təsərrüfatı (7,7 faiz) sahələrindədir. Mikro müəssisələrin 61 faizi Bakıda, 11,4 faizi Aran, 7,4 faizi Abşeron, 5,1 faizi Gəncə-Qazax, 5 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda, kiçik müəssisələrin 64,5 faizi Bakıda, 8,8 faizi Aran, 6,4 faizi Gəncə-Qazax, 5,9 faizi Abşeron, 3,6 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda, orta müəssisələrin 62,7 faizi Bakıda, 10,1 faizi Aran, 5,9 faizi Abşeron, 5,6 faizi Gəncə-Qazax, 4,2 Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda, iri müəssisələrin 74,5 faizi Bakıda, 7,2 faizi Aran, 5,1 faizi Abşeron, 4,5 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.