Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Stokholmda Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə seminar təşkil edilib VİDEO

Stokholm, 29 mart, Rauf Əliyev, AZƏRTAC

Stokholmda İsveçlə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə biznes dairələrinin nümayəndələri üçün xüsusi seminar keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Stokholmda yerləşən Dünya Ticarət Mərkəzində reallaşan tədbir İsveçin Avrasiya üzrə Ticarət Palatası və Azərbaycanın İsveç Krallığındakı səfirliyi tərəfindən təşkil olunub. İyirmidən çox şirkətin nümayəndəsinin iştirak etdiyi tədbirdə ölkəmizdə investorlara yaradılan investisiya imkanları barədə ətraflı məlumat verilib.

Seminarda çıxış edən İsveçin Avrasiya üzrə Ticarət Palatasının baş direktoru Heinz Sjögren iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf dinamikası barədə söz açaraq, hazırda Azərbaycanda bir çox İsveç şirkətinin fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, ölkəmizin əlverişli coğrafi məkanda yerləşməsi, davamlı iqtisadi inkişafa nail olmaq üçün cəlbedici biznes mühitinin formalaşdırması, yeni investorların cəlbinə səbəb olur.

Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinin yaxından nəzərdən keçirməyə imkan verəcək seminarın mövcud böyük potensialdan yararlanmağa şərait yaradacağına əminliyini ifadə edib. Səfir hazırda Azərbaycanda 30-a yaxın İsveç şirkətinin fəaliyyət göstərdiyini, 70 milyon ABŞ dolları civarında olan illik ticarət dövriyyəsinin heç də ölkələrin real potensialını əks etdirmədiyini qeyd edib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli coğrafi mövqedə yerləşən ölkəmizin İsveç şirkətləri üçün maraqlı istiqamətə çevriləcəyini bildirib. “Keçən il biz Stokholm və Göteborqda Ələt Azad İqtisadi Zonasının “AFEZ” təqdimat tədbirlərini təşkil etdik. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən AFEZ biznes üçün əlverişli qanunvericilik, fiskal və qeyri-fiskal güzəştlər təklif edir və müştərilərini istifadəyə hazır ərazidən kənarda və ərazidə infrastruktur və kommunal xidmətlərlə təchiz olunmuş sənaye torpaq sahələri ilə təmin edir”, - deyə diplomat söyləyib.

Avropa İttifaqının (Aİ) Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu və xarici ticarətimizin 52 faizinin bu qitənin payına düşdüyünü bildirən Zaur Əhmədov, eyni zamanda, Aİ ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 20 milyard avrodan çox sərmayə yatırıldığını ifadə edib: “Aİ ilə tərəfdaşlığımızın artan həcmi və keyfiyyəti əlaqələrimizin təkmilləşdirilməsini zəruri edir. İndiyədək biz Aİ-yə üzv 9 dövlətlə strateji tərəfdaşlıq sənədi imzalamışıq. Ümid edirik ki, İsveçin bu qurumda sədrliyi zamanı dialoqumuzu gücləndirmək və qarşılıqlı maraq doğuran əsas sahələr üzrə daha geniş əməkdaşlıq üçün möhkəm yol açmaq məqsədilə Aİ ilə yeni ikitərəfli saziş üzrə danışıqları yekunlaşdıracağıq”.

Azərbaycanın tranzit nəqliyyat infrastrukturunu da inkişaf etdirdiyini, yeni tikilmiş dəniz ticarət limanı ilə hazırda 15 milyon ton yük daşıma qabiliyyətinə sahib olduğumuzu deyən səfir bunun da xarici şirkətlər üçün maraq doğura biləcəyini bildirib.

Ölkəmizin, həmçinin Avropanın mühüm yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırdığını söyləyən diplomat, Azərbaycanın bərpa olunan günəş və külək mənbələri potensialının 200 gigavata yaxın olduğunu vurğulayıb. Səfirin sözlərinə görə, Azərbaycan güvənilən tərəfdaş, etibarlı iş ortağı olması səbəbindən 2022-ci ilin dekabrında ölkəmiz Buxarestdə Qara dəniz vasitəsilə Gürcüstandan Rumıniyaya Sualtı kabel xəttinin çəkilməsi haqqında saziş imzalayaraq yeni dövrə qədəm qoyub.

Zaur Əhmədov Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasının hökumətimizin prioritet istiqamətlərindən biri olduğunu da diqqətə çatdırıb. O qeyd edib ki, İsveç şirkətlərinin bu yenidənqurma işlərinə dair dövlət tenderlərində iştirak etmək üçün böyük potensialdan yararlana bilər.

Sonra çıxış edən “Caucasus Consulting Group of Companies” şirkətinin təsisçisi Bəhram Atabəyli İsveç şirkətlərinin Azərbaycan bazarında hazırkı fəaliyyəti barədə danışıb.

İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə bölməsinin müavini Byorn Linderfalk iki ölkə arasında siyasi əlaqələrin son vaxtlar intensiv şəkildə inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, siyasi müstəvi ilə yanaşı, ikitərəfli ticarət əlaqələrinin inkişafı böyük əhəmiyyət daşıdığından bu kimi tədbirlərin keçirilməsi labüddür. O, Azərbaycanın hazırda Aİ üçün böyük əhəmiyyətə sahib tərəfdaş halına gəldiyini vurğulayıb. Həmçinin İsveçin Aİ-yə sədrliyi dövründə Azərbaycanla əlaqələrin səmimi dialoq və müzakirələr yolu ilə daha da inkişaf edəcəyinə ümidini ifadə edib.

Seminarda təqdimatla çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin nümayəndəsi ölkəmizdə investisiya imkanları haqqında ətraflı məlumat verib.

İsveçin “Eriksson” telekommunikasiya şirkətinin təmsilçisi Anatoli İliyaç Azərbaycanda inkişaf edən biznes mühiti, həyata keçirdiyi ən qabaqcıl layihələr haqqında təqdimatla çıxış edib.

Sonda söz alan ASPI AQRO MMC Açıq Səhmdar Cəmiyyətinə daxil olan “Savalan” şirkətinin icraçı direktoru Teymur Məmmədov ölkəmizin çaxır istehsalı ənənələri barəsində ətraflı danışıb.

Seminar Azərbaycan və İsveç şirkətlərinin nümayəndələri arasında danışıqlar formatında davam edib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Stokholmda Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə seminar təşkil edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO